www.nice.az > Sevgi Aləmi > Mən olmadım ki [şeir]

Mən olmadım ki [şeir]


5 may 2011. Müəllif: fidaska
Mən olmadım ki [şeir]

Ömrümün gül açan baharı gəldi,
Pərişan sən oldun, mən olmadım ki,
İllərin əlçatmaz həsrət oduna

Alışan sən oldun, mən olmadım ki.


Mən olmadım ki [şeir]


Dünyanı dolaşan izim qayıtdı,
Gəldin, ürəyimə yazım qayıtdı.
Özün küsüb getdin, özün qayıtdın,

Barışan sən oldun, mən olmadım ki.


Mən olmadım ki [şeir]


Heç bilmirəm nə deyim bu gəlişə.
Yad olmuşdum hər sevincə, gülüşə,
Bu sevgini dastan edib həmişə,

Danışan sən oldun, mən olmadım ki.


Mən olmadım ki [şeir]


Gülə-gülə yola saldın illəri,
Sənsiz açmaz baharımın gülləri,
Nüsrət deyib gecə-gündüz çölləri,

Dolaşan sən oldun, mən olmadım ki.!