www.nice.az > Sevgi Aləmi > Bağışla [şeir]

Bağışla [şeir]


30 aprel 2011. Müəllif: hebibi_p
Bağışla [şeir]

Bağışla

Töküb gözlərimin inci yaşını
Qəlbində kədərdən göl yaratmışam
Bağışla anacan bağışla məni
Səni dərdlərimlə mən qocaltmışam

Ən kiçik ugurum sevən qəlbində
Əvəzi bilinməz bir sevinc olub
Ən adi kədərim,adi dərdim də
Çəkilməz əzab tək içinə dolub

Hər gün buğda boyda məni böyüdüb
Ömründən ömrümə gün calamısan
Könlümü açmaqçün məni güldürüb
Bilirəm xəlvətdə çox ağlamısan

Şəvə saçlarına mirvari düzüb
Mənim taleyimin acı küləyi
Səni mənim üçün göylər göndərib

Bağışla sən məni tanrı mələyi