www.nice.az > Sevgi Aləmi > Sənsiz açılacaq yenə səhərlər

Sənsiz açılacaq yenə səhərlər


30 aprel 2011. Müəllif: hebibi_p
Sənsiz açılacaq yenə səhərlər

Sənsiz açılacaq yenə səhərlər,
Günəş sənsiz doğub, sənsiz batacaq.
Gəzib dolaşdığım gözəl şəhərlər,
Mənə təkcə səni xatırladacaq.



Baxdığım bütün eşq filmlərində,
Səni görəcəyəm qəhrəman kimi.
Ələ qələm alıb günün birində,
Yazacağam səni bir roman kimi.



Bildiyim yüzlərlə adlar içində,
Könlümdə ən doğma ad olacaqsan.
Tanışlar, özgələr, yadlar işində,
Sən mənə ən uzaq, yad olacaqsan.