www.nice.az > Sevgi Aləmi > Səni necə sevdim bilirsən?

Səni necə sevdim bilirsən?


28 aprel 2011. Müəllif: GHoSTMaN
Səni necə sevdim bilirsən?

Milyonluq əhalinin içində yalnızam, bir kölgəlik işıq belə parlamır...
Səndə mənim kimi qorxursan?
Səni necə sevdim bilirsən?
Buraxdığın xatirələr aldanır, yaralara gözyaşımı basıram...
Səndə mənim kimi sızım sızım sızlayırsan?
Səni necə sevdim bilirsən?
Səni səndən, səni məndən, səni onlardan, səni ağrıyan yanımdan belə çox sevdim... Yoxsa sən gülürsən?
Səni necə sevdim bilirsən?
Səni necə sevdim bilirsən?
Üstünə səpiləcək torpaqdan da daha çox...
Sevgimdən kəfən biçib, səni ürəyimə basdırıram...
Yoxsa sən qaçırsan?

*****

Səni necə sevdim bilirsən?
Mənə on dəqiqəni ayır, gözlərinlə gözlərim görüşsün...
Sənə pıçıldayacaqları var deyirəm, baxarıq qismət, zaman deyirsən...
Məni zamana buraxırsan, mənə saniyələri çox görürsən...
Mən sənə ömürümü verirəm qəbul edirsən?
Səni necə sevdim bilirsən?
Səni necə sevdim bilirsənmi?
Sənə bir şey olmasın deyə ürəyimə toxuna bilmirəm, içində sən yaşayarsan...


*****

Səni necə sevdim bilirsən?
Səni necə sevdim deyirəm, məni eşidirsən?
Məni eşitməyin lazımdı, məni eşitməlisən...
Səni necə sevdim bilirsən?
Səni necə sevdim bilirsən?
Sənsiz gələn hər səhərin, doğan günəşinə oyanmaq, nə qədər zülmət qaranlıqda
qalmaqmış sən bilirsən?
Səni necə sevdim bilirsən?
Səni necə sevdim bilirsən?
Bütün saatlarda səni dolu-dolu yaşayarkən, ürəyimin pəncərəsindən sənə Cənnəti
santimetr-santimetr gəzdirərkən, Allah xatirinə sən məni neçə saniyə düşünürsən?...

*****

Səni necə sevdim bilirsən?
Səni necə sevdim bilirsən?..