www.nice.az > Sevgi Aləmi > Daha çıxardacam yadımdan səni.. [şeir]

Daha çıxardacam yadımdan səni.. [şeir]


17 aprel 2011. Müəllif: Muslim_Girl
Daha çıxardacam yadımdan səni.. [şeir]


Daha cıxardacam yadımdan səni.
Sən mənə həyatda gərək deyilsən.
Artıq hərarətin isitmir məni.
Cünki o əvvəlki ürək deyilsən.

* * *

Əvvəl şirin gələn baxışların da.
Qaytara bilərmi hə? Məni sənə?
Bir məna görmürəm baxışlarında.
İncə baxışların yad gəlir mənə.

* * *

Sənə ürəyimdə yer saxlamayacam.
Çünki ürəyimdə səne yer yoxdur.
Bacarıb dərdindən ağlamayacam.
Menim də dərdimdən ölənim çoxdur.

* * *

Arxanca baxsam da sənin həsrətlə
Düşünmə göz yaşım axacaq mənim.
Bir gün qoşalaşıb bu məhəbbətlə.
Xəyallar sonuma çıxacaq mənim.

* * *

Sarılıb boynuna ilan tək bəzən.
Oxşamaq istərəm o tellərini.
Yumub gözlərimi heç düşünmədən.
Cırıb atacağam şəkillərini.

* * *

Ümidle baxiram nurlu sabaha.
Telefon zengini gozlemeyəcəm.
Intizar içində,həvəslə daha.
Heç düşüb arxanca izləməyecəm.

* * *

Dözəcəm heyatin çətinliyinə.
Sarsıda bilməz bu ruzigar məni.
Kənardan həsrətlə baxıb (.....),
Bir gün deyəcəksən
"SEVMİŞƏM SƏNI".