www.nice.az > Sevgi Aləmi > Ayrılıq [şeir]
Ayrılıq [şeir]15 aprel 2011. Müəllif: fidaska |
![]() Bir qiyam qopartdım, fəryad eylədim, Azalmaq yerinə çoxaldı dərdim. Torpağa kök saldım, ucaldı qəmim. Ayağımı yerdən alan Ayrılıq! ![]() Kabusmu, gerçəkmi?! Bilmək olmayır Ürək necə atır, necə yaşayır?! Ölmək ki, asandır, yaşamaq ağır, Yaşaraq öldürüb, gülən Ayrılıq! ![]() Ömür yollarıma körpülər saldım Yolçu çıxıb getdi çarəsiz qaldım. Sevgimlə uca bir bina qaldırdım Bir baxdım yox olub, sökən Ayrılıq! |