www.nice.az > Sevgi Aləmi > Eşqin gözü kordurmu?
Eşqin gözü kordurmu?12 aprel 2011. Müəllif: Muslim_Girl |
![]() " Eşqin gözü kordur." deyərlər... Həmişə maraqlanmışım; yaxşı eşqin tək gözümü vardır? Deyək ki, biri xəyali görür, o biri niyə gerçəyə bağlıdır? Tez-tez eşitdiyimiz sözdür; "Sən artıq mənim sevdiyim adam deyilsən. Çox dəyişdin. Başlarda belə miydin? Hər şey, nə qədər gözəl idi..." Yooo, əslində o həmişə eyni adam idi; amma sən, görmək istəmədin. Qarşımızdakı insan, nə qədər özünü kamuflyaj edirsə etsin, əsl şəxsiyyətinə dair işarələr verər yenə də... Amma sevdiyimizi itirmə qorxusu, bizi bu işarələrə qarşı korlaşdırar. Çünki gerçəkləri görmək, ondan imtina etmə nöqtəsinə gətirə bilər və bunu görmək istəmədiyimiz üçün çox şeyə göz yumuruq. Bu xoşagəlməz detalları qaranlıqların içinə atırıq və təxirə salarıq "Mən, necə olsa onu dəyişdirərəm." deyərək avamca düşüncələrlə özümüzü aldadarıq. Hər bir səhv hərəkətini özümüz tərəfindən tapdığımız günahsız bəhanələrin içərisində saxlayarıq. "Əslində o, çox yaxşı bir insan; amma bunu göstərə bilmir..." Necə yəni? Yaxşı sənə göstərmədiyi sevgini haradan biləcəksən ki? Çox təəssüf ki. bəzən əsassız dayaqlarla yalnız ətrafımıza deyil sevdiyimiz adamı özünə qarşı belə müdafiə etdiyimiz olar və gerçəkləri görüb qəbul etməyə başladığımızda iş işdən keçmişdir artıq. O zaman da zənn edərik ki, dəyişdi. Xeyr! Sən, yalnız özündən belə saxladığın gerçəklər aşkara çıxınca, nə böyük bir aldanma yaşadığını anladın... Bir də nə olduğunu bilərək, sevdiyiniz insanları bəzən ictimai, bəzən də ailə təzyiqi səbəbi ilə fərqli görməyə başlarsınız. Artıq sənin sevdiyin deyil, cəmiyyətin və ailənin təsdiqləmədiyi bir insandır və sırf buna görə çox qorxaqca bir davranış sərgilərsən. Sahib çıxmaq yerinə sən də arxanı dönərsən. Niyə? Ürəyinə buyur edərkən necə bir insan olduğunu görə bilməyəcək qədər kor muydun? Ya da kimin gözü ilə görürdün? Ən ağıl almazı və həqiqətən anlamaqda çətinlik çəkdiyim və günümüzün gənclərində tez-tez gördüyüm, təhqirə hətta şiddətə çatan və aralarında bağlayıcı heç bir ünsür olmadığı halda bunları sevgi adına eşq adına sinəyə çəkənlərdir... Bu necə bir korluq! Görmürsənmi? Qəza gəlirəm deyir... Nəymiş, əgər kafi səbri göstərsə zamanla düzələrmiş... Halbuki zaman, bunun belə olmayacağını dərin izlər buraxaraq sənə öyrədir... Ətrafını əhatə edən sis pərdəsi qalxdığında, səni qucaqlayan istiliyin əslində yandırıcı bir cəhənnəm atəşi olduğunu fərq edirsən. Ya çəkib gedəcək qədər imtina edirsən və ya verilən əməyə hörmət olaraq sonsuz bir susqunluğa bürünürsən. Səssiz səssiz yanırsan. Zamanında gözünü bağladığın gerçəklər, artıq həyatının imtina edilməz ağrılarına çevrildiyində əlini qolunu bağlayan görünməz bağlar, həll edilməz düyünlər halına gəlir. Bu səbəbdən də, ətrafımızda zamanından əvvəl köhnəlmiş çökmüş insanlar azdırmı... |