www.nice.az > Sevgi Aləmi > Öyrəndim ki
Öyrəndim ki9 aprel 2011. Müəllif: persiangirl |
Əvvəlcə sevdim... Sevdiyimi öyrəndim, sevə biləcəyəimi fərq etdim. Sevdikcə özümü kainatla topladığımı (+) gördüm. Bağışlamağı öyrəndim... Bağışlamağın dostlarımı 10la vurmaq olduğunu fərq etdim. Peşman oldum... Peşman olduğumu etiraf etdim; peşman olduqca səhvlərimi kiçik, aydın və bağışlana biləcək hissələrə bölə bildiyimi gördüm. Xatırlamağı öyrəndim... Xatırladıqca sevgilərimin kvadrat kökünü tapıb onlardan hüzün çıxardığımı fərq etdim. Dəyər verməyi öyrəndim... Dəyər verdikcə sevgilərin küpünü tapıb onları xoşbəxtliklə vura biləcəyəimi gördüm. Kompliment deməyi öyrəndim... Kompliment dedikcə insanlarla aramdakı ən qısa məsafənin, bir təbəssümün təsvir etdiyi bir xətt olduğunu gördüm. Üzr istəməyi öyrəndim... Üzr istədikcə nifrətin və hirsin sonsuza bölündüyünü, beləcə incikliklərin limit sıfıra gedərkən yox olduğunu fərq etdim. Kədərləndim... Kədərlənməyi sevdim, kədərin ürəyimə toxunmasına icazə verdim. Beləcə bütün xoşbəxtliklərin və zövqlərin sonunda ayrılıq xəttini keçəcəyini gördüm. Və bir gün öləcəyəm... Qətiliklə öləcəyəm və öldüyüm gün anlayacağam ki; yaşadığım həyat məxrəci sonsuzluq olan sadə bir kəsrdən ibarətmiş... |