www.nice.az > Sevgi Aləmi > Günayım [şeir]
Günayım [şeir]6 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() Söhbətin şirindir, bütövdür sözün, Deyənsən həmişə sözünün düzün, Ceyrana bənzəyir o qara gözün, Qönçədən gül olub açan, Günayım! Ətrini hər yana saçan, Günayım! Xeyirxah insan tək tanınır adın, Əzizi olmusan qohumun, yadın, Çin olsun həmişə sənin muradın, Dostlara köməyə qaçan, Günayım! Ətrini hər yana saçan, Günayım! Gözlərin dürüstdür, pakdır ürəyin, İlahi qüvvədir sənin köməyin, Bol olsun həmişə sənin çörəyin, İnsani insan tək sanan, Günayım! Mənim yaddaşımda qalan, Günayım! Bu şeiri bütün GüNaYlarla bölüşürəm. |