www.nice.az > Sevgi Aləmi > Acı Xəyalım
Acı Xəyalım30 mart 2011. Müəllif: SEV_GI |
![]() Acı xəyalım... Gecə yarısı, çöldə fırtına və yağış. Mənsə yaş gözlərimlə buğlanmış şüşəyə adını yazır və səni düşünürəm. Yadındami bir mahnımız vardi; bax onu söyləyir və bəlkə gəlir deyirəm. O anda ' Həyatım mən gəldim.' deyən bir səs eşidirəm və qarşımda SƏN.' Həyatım həsrətinə daha çox dözə bilmədim. Sənə,sənin olmağa gəldim. deyirsən. Səni qollarımın arasına alıram və o eşqə, həsrətə susamış dodaqlarını öpmək üçün uzanıram ki; göy gurultusu buna mane olur. Anlayıram ki gördüklərim və öpmək üçün uzandığım qız gerçək deyil. Məgər xəyal görmüşəm. Bir anda səni xəyallarımdan belə ayıran o göy gurultusuna üsyan etməmək üçün özümü zor tuturam. Və o anda hirsimi almaq üçün yumruğumu qaldırıb önümdə dayanan o buğlu şüşəyə tam vururam ki, bir anda dayanıram. Əlim getmir. Çünki o buğlu şüşədə adın yazırdı. Bax o anda içimdən bir şeylərin axıb getdiyini hiss etdim. Anladım ki; məgər səni şüşəyə deyil də ürəyimə yazmışam.Səni belə sevərkən xəyallarımda belə sənə qovuşa bilməmək məni dəli eliyir. İçimdəki həsrəti heç cür ata bilmirəm.O anda təkrar 'Həyatım mən gəldim' deyən səsi eşidirəm. Bu səfər həyəcanlanmıram. Təkrar arxamı döndüyümdə xəyalınla qarşılaşsam dözə bilmərəm. Artıq gücüm tükənir, amma o səs təkrarlanırdı. Eşitmirsənmi şirinim? Sənə, sənin ola bilməyə gəldim. "O şüşənin qarşısında nə edirsən" deyən bir səs və gözlərimdən axan yaşı silən bir cüt əl. Baxıram ki bu dəfə xəyal deyil gerçək. Və sənə sarılmaq üçün qollarımı uzadıram ki ikinci bir göy gurultusu buna mane olur və bir daha anlayıram ki yenə xəyal görmüşəm. Artıq bu səfər yumruğumu qaldırıb var gücümlə şüşəyə endirirəm. Əlimdən axan qanlar şüşədə yazılı adının üzərinə axırdı. Canım yanır. Amma bədənim deyil, ürəyim yanırdı. Yavaş yavaş gücüm tükənir, ağrı verirdi. Əlimdən axan qanlar ürəyimi yavaş yavaş suluyaraq məni bitirirdi. Mənsə o anda' Səni sevirəm. Nə olar gəl. Daha çox acı çəkdirmə deyərək qışqırırdım. Hər nə qədər sən mənə acı çəkdirsənsədə mən son bir damla əlimdən sızan qanimla buğlu şüşəyə bir şey yazmağa çalışıram. SƏNİ SEVİRƏM...! |