www.nice.az > Sevgi Aləmi > Mən öləcəm gülüm ...
Mən öləcəm gülüm ...29 mart 2011. Müəllif: fidaska |
Ürəyinin harasına rast düşsə, ora qoy məni gülüm. Ora apar hara gedirsə ... Ey gül, ey güllər gözəli gül ... Tikanlı olsa da sevda yolları ... Qanasa da ürəyin, göz yaşı olub axsa da gözlərində damla-damla həsrət ... tənhada qalsan izdihamların ortasında, üşüsədə səsin, ürəyinin ən isti yanına qoy məni gülüm ... Həsrət düyümlənsə gözlərinə, burax cücərsin sevda sinəsində ... Burax gül qoxusuyla yuyulsun gül üzün ... Sevgidən başqa silahım yoxdur mənim. Silahsızam quşları vurulmuş bir səmada mən öləcəm gülüm kimsə bilməsin, köhnə və dərin bir xatirəyə dəfn et məni kimsə görməsin Üşüməsin gözərimdə ümidi küçədə qalmış kimsəsiz uşaqlar, susuz qalmış ay işığı tumurcuqları ... İndi aynalarda gizli bir kölgə kimi, içimizdə gizli qaldı o sevdanın dərin izləri ... Hara baxsaq gözlərimiz bir az mavi, bir az hərcayi, hara getdiyimizi nə etdiyimizi bilmədən dolaşıriq köhnə xatirələrin keçdiyi yerləri. Mən öləcəm gülüm kimsə bilməsin, ürəyinin gül yanına qoy məni kimsə görməsin ... Acılar sovurur indi xatirələrimizi, bilmədiyimiz səfərlərə çıxırıq hər gecə ... Küləklərə buraxıb xəyallarımızı, şeirlər sovururuq qaranlığa. Ümidsizcə bir uçurum kənarından özümüzü boşluğa buraxaraq ... Öldürürük içimizdə qalan nə varsa eşqdən, sevgidən, sabahdan yana ... Tutaqki,heç yaşamadıq biz nəğmələr söyləmədik küləklərə ... Burax ağ dənlər düşsün saçlarımıza əzab rəngində, kimsə bilməsin ... Mən öləcəm gülüm kimsə bilməsin, bir Dağbaşı Yalnızlığının səssizliyinə dəfn et məni sular bilməsin ... Bir Şeir'in isti ürəyinə burax sevgimi, Mən öləcəm gülüm kimsə görməsin ... |