www.nice.az > Sevgi Aləmi > Sevgi [Şeir]

Sevgi [Şeir]


28 mart 2011. Müəllif: hebibi_p
Sevgi [Şeir]


Kiməsə xoş gəlmək, bil, sevgi deyil,
Kimisə xoşlamaq, bil, sevgi deyil.
Dövlətə baş əymək, bil, sevgi deyil,
Duyanda bilərsən nədir məhəbbət.

* * *
Süni baxışları sandın sevgimi?
Yersiz tərifləri andın sevgimi?
Bağçadan dərilmiş bir çiçək kimi
Solanda bilərsən nədir məhəbbət.

* * *

Xoşbəxt o şəxsdir ki, sevə, sevilə,
Sevinci, kədəri sevənlə bölə.
Saf eşqi yolunda “ölə, dirilə”,
O anda bilərsən nədir məhəbbət.
* * *

Aşiqə pay ola sevginin qəmi,
Sevəni o saya könül həmdəmi.
Sevgini o sana dərdə məlhəmi,
Sananda bilərsən nədir məhbbət.

* * *

Xoşbəxtlik, səadət gəzə sevgidə,
Ayrılıq qəlbini xəncər tək didə.
Saf eşqi yolunda ölümə gedə,
Gedəndə bilərsən nədir məhəbbət.