www.nice.az > Sevgi Aləmi > Özümə qaytar [şeir]
Özümə qaytar [şeir]24 mart 2011. Müəllif: Ayla_girl |
![]() Özümə qaytar Özümü özümdən alıb apardın, Saxlaya bilməsən, özümə qaytar. Mənim kədərimi mənim gözümlə Ağlaya bilməsən, özümə qaytar. Dedim yaşayasan hər an qayğımla, Mənim dərrakəmlə, mənim ağlımla, Mənim düşüncəmi, mənim duyğumla, Bağlaya bilməsən, özümə qaytar. Ləçək yox, çiçək yox, zərif qönçəsən, Necə deyim, incilərdən incisən, Sahiləm, ləpətək məni döyməsən, Çağlaya bilməsən özümə qaytar. Bu həyatdan payım qəmdi, kədərdi, İnanmazsan, həcmi dərya qədərdi. Sən olmasan, ömür əldən gedərdi, Yoxlaya bilməsən, özümə qaytar. |