www.nice.az > Sevgi Aləmi > Bilsən bəsimdi...

Bilsən bəsimdi...


17 mart 2011. Müəllif: fidaska
Bilsən bəsimdi...

Məni sevməyini istəmirəm mən,
Təkcə sevdiyimi bilsən bəsimdi...
Çoxda ki, sevgimi gizlədirəm mən,
Onu gözlərimdən görsən bəsimdi...


Qara gözlərinə baxmasam da mən,
Qəlbimə qaralar bağlasam da mən,
Həsrətdən, kədərdən ağlasam da,
Təkcə sən şadlanıb gülsən bəsimdi...



Sənsən gənc ömrümün yanan çırağı.
Bu işıq göstərir mənə qabağı,
Gözümdən üzümə axan bulağı,
O incə əlinlə silsən bəsimdi...


Sən mənim gözümdə tər bir çiçəksən,
Sən mənim ömrümə xoş gələcəksən,
Bu sonsuz sevgimin əvəzində sən,
Məni zərrə qədər sevsən bəsimdi...