www.nice.az > Sevgi Aləmi > Sevmədən unutmuşam [şeir]

Sevmədən unutmuşam [şeir]


18 mart 2011. Müəllif: SEV_GI
Sevmədən unutmuşam [şeir]

Hər telefon çalanda sensən deyə açmamışam

Gecələr yastığı üzümə tutub sənin üçün ağlamamışam

Dua edib qayıdasan deyə yalvarmamışam

Qısacası mən səni çoxdan unutmuşam!

Sevmədən unutmuşam [şeir]

Hər gördüyüm oğlanı sənə bənzətməmişəm

Sevgililər görəndə onlara həsəd etməmişəm

Axşamlar səsini dinləyib yuxuya getməmişəm

Qısacası mən səni heç sevməmişəm

Sevmədən unutmuşam [şeir]

Sən keçərsən deyə pəncərədən baxmamışam

Səni sevirəm sözünü demədiyim üçün peşman olmamışam

Axşamlar zəng edərsən deyə yuxusuz qalmamışa

Görürsən,mən səni çoxdan unutmuşam

Sevmədən unutmuşam [şeir]

Güzgüyə baxanda əksini heç görməmişəm

Başqasını sevdiyini eşidəndə göz yaşı tökməmişəm

Məni unutduğunu bilib Allaha üsyan etməmişəm

Görürsən mən səni heç sevməmişəm!

Sevmədən unutmuşam [şeir]

Sənə yüzlərlə eşq şeiri yazmamışam

Mahnımıza gecə-gündüz qulaq asmamışam

Sənsiz yaşamağı ölümə tay tutmamışam

Yaxşı bəs MƏN SƏNİ SEVMƏDƏN NECƏ UNUTMUŞAM?