www.nice.az > Sevgi Aləmi > Sən də günahkarsan, mən də günahkar [şeir]

Sən də günahkarsan, mən də günahkar [şeir]


11 mart 2011. Müəllif: GHoSTMaN
Sən də günahkarsan, mən də günahkar [şeir]

Daşa dəymiş bu taleyə qismətə,
Sən də günahkarsan mən də günahkar.
Təkcə mənmi layiqəm bu nifrətə?
Sən də günahkarsan, mən də günahkar

Eşqinlə bir daha məni sınama,
Yenə də duz tökmə mənim yarama.
Nə olar bu qədər məni qınama,
Sən də günahkarsan, mən də günahkar

Niyə o zamanlar dərdi bölmədik,
Niyə danışmadıq niyə gülmədik.
Demişdik ölərik amma ölmədik,
Sən də günahkarsan, mən də günahkar

Bilmədik ki, nədir bu eşqin sonu,
Qismətin olmadı gəlinlik donu.
Sənsə həmişə deyəcən bunu,
Sən də günahkarsan, mən də günahkar