www.nice.az > Sevgi Aləmi > в€¢.в™¥.в€¢ Yalnızam в€¢.в™¥.в€¢ [şeir]
в€¢.в™¥.в€¢ Yalnızam в€¢.в™¥.в€¢ [şeir]11 mart 2011. Müəllif: GHoSTMaN |
![]() Öncə susacaqsan qarşımda! Heç danışmayacaqsan! Yalnız küləklər danışacaq bizimlə , səssiz və bir sükut içində vaxt gəlib keçəcək. Sonra çıxıb gedəcəksən səbəbsizcə, arxaya belə baxmadan! Qürurumuda alıb aparacaqsan, əzilmiş duyğularımıda! İtəcəksən gözümün qabağından, gedəcəksən gedəcəksən... Əynində ilk görüşdə geyindiyim libasım olacaq və cibimdə sənə yazdığım bütün şeirlər, Sonra başın aşağı Sonra günahkar Sonra param-parça gedəcəksən... Ağlamayacaqsan nədənsə ... Yavaş-yavaş silinəcəksən və son ayrılığımız belə olacaq! Görməyəcəm uzun bir müddət səni, Unutmuş olacaq bu ürək səni! Çıxmayacaqsan daha küçə başında qarşıma! Bütün xatirələri silib atacaqsan... Həyat pilləkanlarını mənsiz, tək, tənha, yalqız çıxacaqsan! Və vaxt gələcək ki, mütləq deyəcəksən: “Belə oldu bizim sevgimizin sonu... Sən belə istədin get.. |