www.nice.az > Sevgi Aləmi > Uşaqikən

Uşaqikən


20 fevral 2011. Müəllif: SEV_GI
Uşaqikən

Uşaqkən gecələr ulduzlara baxardım... Başımı səmaya qaldırıb, həyəcanla ulduzları sayardım;
neçəsində sevgi vardı, neçəsindən belə görünərdi səma, neçəsində dənizlər bu qədər gözəl və neçəsində sevgi mavi idi...
İllər sonra sənin gözlərində gördüm ulduzları... Gözlərində o uşaqlıq həyəcanımı yaşadım yenidən.
Mavi dənizləri, mavi səmanı, mavi sevgini gördüm... Bəlkə də onun üçün sən gözlərini bağladığında sönür ulduzlarım...

Uşaqikən

Gözlərindən bir yol çəkdim özümə, ulduzlara yapışaraq çatdım sevgiyə...
Sevgi mavi idi; gözlərində sevgiyə qarışdım... İndi bəlkə də buna görə; gözlərini bağladığında yolumu itirirəm...
Şeirlər oxuyardım səmaya baxaraq; nəfəsimdən şüşə buğlanardı... Adım yazardım
o şeirli buğa, yanında bir boşluq buraxaraq...
Sonra yanına əlavə olunacaq mavi sevgimi xəyal edərdim saatlarla... Belə olmalı, belə baxmalı, belə danışmalı...

Uşaqikən

İndilərdə gözlərinə baxaraq şeirlər oxuyuram içimdən, sən eşitmirsən...
Gözlərinin buğuna addımı yazıram, yanına da mavi sevgimi; yəni səni... Bağlasan gözlərini, buğu silinəcək, adım silinəcək gözlərindən, sevgi silinəcək...
Bir şeir oxuyuram soyuq şüşəyə söykənib; "Yoxluğun cəhənnəmin o biri adıdır
Üşüyürəm bağlama gözlərini" deyə bitən...
İndi gözlərini bağlasan; gözlərindəki ulduzlar sönəcək...
İndi gözlərini bağlasan; ulduzlar çox üşüyəcək...