www.nice.az > Sevgi Aləmi > Bizim sevgimiz bir nağıl idi
Bizim sevgimiz bir nağıl idi13 fevral 2011. Müəllif: SEV_GI |
“Hiss etmə†desəmdə ürəyimə yoxluğunu hiss edir dərin bir yerlərdə. Bir nağılın fərqli qəhrəmanları idik biz səninlə Bəs nağıllar gerçək olurdu... Başlanğıc hekayələr xəyallardan ibarət olur Biz də eləyik... Elə bir nağıl idi bizimki... Gerçək deyildik! Ancaq xəyallardan ibarət idi ötüb keçən günlər. Yaşanılan xatirələr... Hansı xəyalı qurduqsa onu yaşadıq Bəsbəxt idik deyə bilmərəm. Çünki yaşananlar gerçəkmiş kimi xoşbəxtlik idi... Çünki xəyallarımızda xoşbəxtliyi qurmuşduq. Yalan bir nağılın,yalan bir xoşbəxtliyi idi hiss etdiyimiz. Üzümüzdə yerli-yersiz təbəssümlər meydana gətirən yalan sevgimiz! “Sevmədik bir-birimizi†deyə bilmərəm. Çünki xəyallarda qurduğumuz “Bizi†çox sevdik Yalan da olsa sevgin,səndə məni sevmişdin,sevgilim. Nağıl idi bu sevgi Bir vaxtsız sevgi nağılı Nağıllar arasında pis sonla bitən nağıl olaraq qaldı Gözlərinə baxıb “Səni Sevirəm†deyə bilməsəm də sənə Bu ürək səni nağılların gizli misralarında sevdi. Sənin bilmədiyin,oxumadığın,üstündən keçdiyin sətirlərdə qışqırdı bu ürək səni sevdiyini... Amma sən eşitmədin. Yalandan da olsa sıx tutduğun əllərimi “Yalansız†bir əlvida ilə bir anda necə buraxa bildin,sevgilim? Bəli yalan bir nağılın,yalan sevgisi idi bizimki Yalandan da olsa sıx tutduğun əllərimi “Yalansız†bir əlvida ilə bir anda necə buraxa bildin? Sən bu nağılın sevimli və yalançı baş qəhrəmanı idin... Ya da üzr istəyirəm sənə yalançı deməyə haqqım yoxdu.. Çünki sən xəyalımızdakı hər saniyə yaşadan idin məni. Təbii sonundakı xoşbəxtliyi qaranlıq dünyaya həps edərək. Bu ürək səni yalansız bir sevgi ilə sevmişdi Və nağıl bitdi Nağıldakı qəhrəmanlar bir-bir getdi Səndə... |