www.nice.az > Sevgi Aləmi > Deyəsən hələ də Sevirəm Səni [şeir]

Deyəsən hələ də Sevirəm Səni [şeir]


12 fevral 2011. Müəllif: Sparrow
Deyəsən hələ də Sevirəm Səni [şeir]

Deyəsən hələ də sevirəm səni

Günəşsən göylərdən enməyəcəkən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni

Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.

Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsDƏdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.

Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni