www.nice.az > Sevgi Aləmi > Az olmayıb sənin üçün darıxdığım
Az olmayıb sənin üçün darıxdığım9 fevral 2011. Müəllif: SEV_GI |
![]() Az olmayıb sənin üçün darıxdığım... Son təsəllim bu olub ki,sağsan...varsan. Mənim kimi durmamısan illərin yol ayrıcında Ayrılığı dadmamısan... Hicran zülmü qarşısında qəzəbini udmamısan... Dərd – qəm səndən uzaq olub Hamısı mənə qonaq olub... Az olmayıb sənin üçün darıxdıqım... Mən hər gecə zülmətlərin sükut dolu nəgməsini dinlədikcə Sənə bir vaxt demədiyim kəlmələri xəyalına söyləmişəm Cavabını gözləmişəm... Dilsiz xəyal...cansız xəyal... Bütün gecə lal olub lal... Az olmayıb sənin üçün darıxdığım... Sən mənə bəxş eyləmisən təkliyimi Bəlkə qanın qaralardı... Bəlkə bir az xoşbəxtliyin azalardı Bilsəydin ki, bu aylarda sənsiz nələr çəkdiyimi... Nə yaxşı ki, bilməmisən Qismətinə Allah yazan səadəti Bir miskinin xətri üçün bölməmisən... Fələk tale bölgüsünü aparmayıb ədalətlə Ayrı düşüb mizrabından könül simi 10 ay qabaq salamıma cavab olan təbəssümü Bu günəcən işlədirəm qənaətlə... Bu şerimi sən oxuma... Oxuduqca məhəbbətdən dağ-dağ olmuş sevən qəlbi “Ah†dumanı zəbt eləyər aram-aram Mənə vaxt ver...qoy bir az da fikirləşim Mən səninçün səadətdən,xöşbəxtlikdən yazacağam... |