www.nice.az > Sevgi Aləmi > Gedirsənsə Get

Gedirsənsə Get


29 iyul 2009. Müəllif: XP
Gedirsənsə Get

Gedirsənsə Get

Yaralı xəstəyəm yardıma möhtac,
Yarama məlhəmin yoxundursa get.
Qəlbimdə dəhşətli sevgi var,amma
Bu odda yanmaqdan qorxursansa get...

***

Sevirəm söylədim səni sevəndə,
Səninsə sözlərin qalıbdır səndə,
Daşdan heykəl kimi durma önümdə,
Deyəcək bir sözün yoxundursa get...

***

Gözüm yad baxışlar görür gözündə,
Bilirəm bu günah deyil gözündə,
Sənin əqidəndə səni sözündə,
Əhdə sədaqətin qalmayıbsa get...

***

Biz yola cıxırıq həyat adında,
Bu yolda olacaq qar da,boran da,
Hələ başlamadan yolun başında,
Bir addım atmadan yoruldunsa get...

***

Bu yolu sonadək gedəcəyəm mən,
Dostlardır ümidim tək deyiləm mən,
Deyirlər ən sonda ümiddir ölən,
Sən mənim ümidim deyilsənsə get,
Sənə qal demirəm gedirsənsə get...