www.nice.az > Sevgi Aləmi > Ürək

Ürək


6 fevral 2011. Müəllif: SEV_GI
Ürək

Həyatımda bir Mən
Bir Sən
Birdə ürəyim vardı….



Bəzən sahillərə çəkdim ürəyimi.
Dalğalar bir gün aparar deyə.

Bəzən kilidlədim ürəyimin qapılarını.
Heç kim görməsin.. Heç kim girməsin.
Kimsə özünə yer etməsin deyə


Bəzən boş divarlara yazdım.
Soyuq Və Qaranlıq divarlara….

Bəzən parça-parça qırdım ürəyimi…
Amma hər bir parçasındakı səni
Yenə çıxara bilmədim içindən.


Bəzən sadəcə uzaqdan baxdım,uzaq qalmaq istədim
Ama yenə bacarmadım.

Bəzən uzaq diyarlara göndərdim..
Bəlkə sahibini tapar deyə…
Bəlkə səni tapar deyə
Amma hər dəfə
Yenə tək idi…..


Gedərkən mənə buraxmışdın ürəyimi
Gördüyün kimi heç bacara bilmədim onla
Uyğunlaşa bilmədik heç cürə.
Amma səbəbini indi anlayıram

Ürək mənim…
Mənim içimdə….
Mənə aid…
Amma öyrəndimki O tək Sənin Əllərində atır…
Sən varsansa yaşayır.
Sən sevsən həyat tapır…


İndi aramız necədir deyə soruşacaqsansa əgər…
Sən bilərsən necədir???Biz yolumuzu ayırdığımız çox oldu sevdiyim...
Səni əsla bölüşməmək adına sonsuzluğa