www.nice.az > Sevgi Aləmi > Etiraf
Etiraf7 fevral 2011. Müəllif: SEV_GI |
Mən itib batmışam duyğularımın Çılğın hisslərimin içərisində Kövrək bir nəğməyəm qayğılarımın Məhəbbət diləyən titrək səsində ![]() Anlaya bilmirəm nədir səbəb.. Nə Niyə belə çılğın döyünürr ürək Bəlkə xəbərsizəm... Bəlkə əyninə Məhəbbət libası geyinir ürək.. ![]() Yatmıram sübhəcən anlayammıram Bilmirəm nə hissdir: sevinc, yoxsa qəm Nədir bu həyəcan anlayammıram Yəni doğrudanmı sənə aşiqəm... ![]() Yəni doğurdanmı sevirəm səni O baxıç, o gülüş məhəbbətmidir? Sənsizlik od olub yandırır məni Bu yanğı hicranmı, bir həsrətmidir? ![]() Yoooooxxx, bu boş hisslərdir dolub ürəyimə Çünki əlindədir sevgi qismətin Məncə əbəs yerə salıb ürəymə Yükün daşıyıram bu məhəbbətin ![]() Eləysə bəs onda niyə? Ah nədən? Məsum baxıçların məni titrədir Səndən soruşuram, ey könül, səndən Bu məhəbbət deyil, onda bəs nədir? ![]() Bəli məhəbbətdir, dəli məhəbbət Şair, sən sevirsən, dana bilməzsən Yanırsan şam kimi, burda nə qismət Əgər sən sevməsən yana bilməzsən... |