www.nice.az > Sevgi Aləmi > Xoşbəxt ol!

Xoşbəxt ol!


6 yanvar 2011. Müəllif: SEV_GI
Xoşbəxt ol!


"Xoşbəxt ol!" söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür qurub xoşbəxt olmağa
Dünyaya yenidən gələcəyəmmi?


"Xoşbəxt ol!" səsindir qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin, ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi.


Son dəfə üzünə qoy baxım ki, mən,
Göylərdən bir ulduz axacaq indi.
"Xoşbəxt ol!" söYlədin, dedin üəkdən
Xoşbəxtlik əlimdən Çıxacaq indi.


Soyuq ayrılıqdır ÜSTÜmdən əsən,
Baharmı, payızmı, hamısı birdir.
"Xoşbəxt ol!"-söylədin, məgər bilmirsən,
Bu sözdə bəxtimi dəfn eyləyirsən?