www.nice.az > Sevgi Aləmi > Çox Gec Olar

Çox Gec Olar


5 fevral 2011. Müəllif: SEV_GI
Çox Gec Olar

Yağışlı soyuq bir hava işdən evə gəlirsən avtobus tapmamısan,aclıq səni birtəhər edib, evə nə vaxt çatacağvı səbrsizliklə gözləyirsən...

Və nəhayetki evdəsən, acından ölürsən stola isti yemək gəlir,iştahla yeməyə başlayırsan aha...

gözəl isti yeməkdən bir saç çıxır həmin an əsəbləşirsən qışqır bağır salırsan yeməyi aparıb tullayırsan və yeməyi bişirən həyat yoldaşıvın üstünə elə qışqırırsanki,

evdə dava düşür həyat yoldaşın ağlayır, fikir vermədən qapını çırpıb gedirsən..

ama düşünmürsənki sən özün deyildinmi onun zərrə qədər göz yaşı axıtmasına dözməyən,sən deyilmiydin saçıvın bir telinə zərər gəlsə dünyani dağıdaram deyən,səni başqasına versələr sənide özümüdə öldürərəm deyə onu hədələyən.

Onunla 1saniyə göz-gözə baxmaqçün min bəhanəyə əl atan,və hər gün onun tellərini qoxlamaqçün xəyal quran şəxs sən deyilmiydin?

indi isə həsrətində olduğun o telin adi bir yeməyə düşdüyü üçün vurub dağıdırsan hər şəyi bir birinə qatırsan.heç düşünmürsənmi onu itirərsən...?!

Həyatda hə şeyi yerində və.zamanında düşünün sonra çox gec olar...