www.nice.az » Sevgi Aləmi » Bitməyən sevgi
Bitməyən sevgi
Bu xəbəri dostlarınla paylaş:
Günün birində səhrada iki qum dənəsi qarşılaşmış və bir-birlərini çox sevmişlər. Uzun bir müddət çox yaxın olmuşlar.Bir-birlərini yanlarında, canlarında olaraq sevməyi öyrənmişlər.Və bir gün külək əsir,qum dənələrindən birini yerində saxlayıb, digərini bir az uzağa atır.Çox uzaq deyillərmiş,amma yenə də bir-birilərini görə bilmirlərmiş.Sevgiləri isə heç azalmamış,yenədə bir-birilərini sevməyə davam etmişlər. Bir-birlərinə çatdıra bildikləri səsləriylə, xəbərləriylə yaşayırlarmış və artıq görmədən Səsləri ilə sevməyi öyrənmişlər.Bir gün biri digərinə "sevgimizin sonsuza çatmaması üçün eyni anda bir arzu arzulayaq" demiş. İkisi də eyni anda bir arzu arzulamış və tam o anda fırtına çıxmış. Bu qovuşmamız,sevgimizin sonsuza qədər davam etməsi ola bilər deyə ikisi də özlərini fırtınaya atmışlar.Gözlərini bağlayıb fırtına dayandığında sevgilərinin yanında olmasını arzulamışlar.Fırtına o qədər qüvvətliymiş ki, o günə qədər illərcə yerlərindən tərpənməyən qumlar belə başqa yerlərə sovrulublarmış.Fırtına günlərlə davam etmiş qum dənələri də oradan-oraya sovrulumuşlar. İkisində də bir səbirsizlik olmuş.Fırtına dayanmamış əksinə artırmış.Fırtına dayanmaq bilmədikcə onlarda Səbrlə sevməyi öyrənmişlər.Günlər keçmiş sonunda fırtına dayanmış gözlərini açdıqlarında ikisi də özlərini başqa aləmdə tapmışlar.Bu fırtınanın onları birləşdirəcəyinə o qədər inanmışlar ki bir-birlərini yanlarında tapa bilməyincə ürəklərində dərin bir kədər hiss etmişlər və Kədərləsevməyi öyrənmişlər. Özlərinə bir az gəldiklərində ikisi də bu fırtınayla başqa başqa yerlərə sovrulduqlarını anlamışlar. Bir an ölmək istəmişlər amma sonra bir-birlərini heç görmədən, Məsafələrə, maneələrə baxmayaraq sevməyi öyrənmişlər. "Əvvəlki kimi çağırsaqda səsimiz çatmaz ki bir-birimizə" demişlər. İkisi də yeni yerlərində heç kimlə danışmamışlar və illərcə susmuşlar.Hər zaman yeni bir fırtına ümidiylə bir-birlərinə xəyanət etmədən gözləmişlər. Beləcə Ümüdlə sevməyi öyrənmişlər.İllər keçmiş amma sevgiləri heç bitməmiş.Bir-birlərindən həmişə ümidli olaraq yaşamışlar. Bir gün ikisi də bir-birlərindən xəbərsiz eyni anda gözlərini bağlamış və qovuşmaq üçün yenidən fırtına çıxmasını arzulamışlar.Gözləmişlər, gözləmişlər amma fırtına heç cür çıxmamış. Özlərini bütün mənlikləriylə fırtınaya buraxmaq üçün olduqları yerdə dönmüş, dayanmışlar amma hamısı hədərmiş kiçik bir külək belə çıxmamış.Sonunda gözlərini açmışlar. Sevdiklərinin,illərcə gözlədiklərinin tam qarşısında dayandıqlarını görmüşlər və dərhal ikisi də illər əvvəl arzuladıqları arzularını xatırlamışlar.
Arzulari beləymiş "Allahım bizi bir-birimizə hər çətinliklərlə sevməyi öyrəndiyimizdə qovuşdur.Elə qovuşdur ki sevdamız sonsuza çatsın." Sonunda anlamışlar ki bir-birlərindən çox uzaqda keçirdiklərini düşündüyü illəri əslində bir-birinin yanında keçirmişlər.Arzularının qəbul olması üçün illərin keçməsi lazım olduğunu öyrənmişlər çünki,onlar sevməyi hər çətinliyi ilə öyrənməyi arzulamışlar.Arzuları qəbul olmuş Ümüdlə,Səbrlə,Kədərlə,Məsafələrlə,Maneələrlə hər çətinliyi ilə sevməyi öyrənib bir-birlərinə qovuşmuşlar.
Sevməyi bildikdən sonra bütün çətinliklər heç vaxt sevgini azaltmaz,amma sevməyi bilmədikdən sonra yanındakı sevdiyini belə illərcə görməyə bilirsən.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SEV_GI |
Baxış sayı : 386 |
Rəylərin sayı (5) |
30 yanvar 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!