www.nice.az » Sevgi Aləmi » Xəyalımda 1 Adam Var..!
Xəyalımda 1 Adam Var..!
Bu xəbəri dostlarınla paylaş:

Həyatıma daxil olmasını istədiyim adamın xüsusiyyətlərini nəhayət ki, təyin etdim. Boyu , tipi, üzü standart. Ancaq xasiyyətləri mövzusunda qərarsızdım. Artıq bilirəm!
Aşiq olacağım kişi, "danışmağımız lazımdır" dediyimdə bir problem olduğunu anlayacaq və qorxub ortadan itməyəcək bir adam olmalıdır. Onsuz da əhəmiyyətli bir problemim yoxdura, qarşısında əyləşib ciddi bir üz ifadəsiylə danışmağımız lazım olduğunu söyləmərəm.
Sevgilim olacaq bir adam, saçlarımın rəngini dəyişdirdiyimdə fərqi hiss edəcək qədər diqqətli biri olmalıdır. Baxmaq və görmək arasındakı ayrı-seçkiliyi anlamış, sevdiyi insanı görə bilən, detalları tutacaq qədər əhəmiyyət verən biri olmalıdır.
Biri gözləriin rəngini soruşduğunda, düşünmədən cavab verəcək qədər diqqətli baxmış olmalıdır
Həyatıma daxil olmağını istədiyim adamın, keçmişdən daşıdığı yükləri olmasın istəyirəm. Bütün çətinliklərini, keçmiş eşqlərində yaşadığı problemləri həll edə bilmiş, mənimlə köhnəsi arasında müqayisə etməyən, özü ilə əlaqədar problemlərini həll etmiş, üzləşməyi, nəzakətli tənqidləri başa düşə bilən, səhv edə biləcəyini qəbul etmiş və özüylə barışıq biri olsun istəyirəm.
Ağılından keçənləri ilə maraqlanıb, "nə düşünürsən" deyə soruşduğumda, heç bir şey düşünmədiyini söyləyən adamlardan xoşum gəlmir. İnsan beyni düşünmədən dayana bilməz ki! İstəsənsə də mümkün deyil!Ən pis ehtimalla, düşünməyəcəyini düşünürsən. Doğru cavab verən bir kişi istəyirəm.
Bir yerə gedərkən ünvanı bilmiriksə, yolda dayanıb soruşa biləcək qədər mədəni bir kişilə birlikdə olmaq diləyindəyəm. Kişilik eqoizmini lazımsız qədər yüksək tutub, yol soruşmağı acizlik olaraq görməyən kişilərin ağıllı olduğuna inanıram.
Yoldaşlarımla tanış olaraq onları sevmək üçün səy göstərən, heç olmasa ortaq nöqtələrdə görüşməyə çalışan, birlikdə zaman keçirtmək üçün planlar edən bir kişiyə aşiq olmamaq mümkündürmü? Dostlarımın problemlərinə kədərləndiyimdə, mənimlə birlikdə həllini tapmağa çalışan bir kişini necə sevməəmək olar?
Sevdiyim hər şeyi sevməsə də hörmət edən, özünə güvənən, xəyanətdən xoşu gəlməyən və yuxarıda ifadə etdiyim xüsusiyyətlərə sahib bir adamla ömürümün sonuna qədər yaşamaq istəyirəm. Ancaq sizin də təxmin edəcəyiniz kimi, bu yalnız xəyallarımda reallaşır. Görəsən çox şeymi istəyirəm?!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SEV_GI |
Baxış sayı : 446 |
Rəylərin sayı (7) |
29 yanvar 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!