www.nice.az » Sevgi Aləmi » Ürək qırılmışsa
Ürək qırılmışsa

Ürək bir dəfə zərbə almışsa,
bir daha əvvəlki vəziyyətinə qayıtmaz. Qırılmış bir vazo kimi, yapışdırsan da həmişə su sızdırar. İçinə istədiyin gözəllikdə, rəngdə, şəkildə çiçək qoysan da, bir tərəfi oturmaz, gözünü yorar.
Könül dediyin, əslində elə hər şeyə küsməz. Dayanıqlıdır. Kim bilir nələr sovuşdurmuşdur? Əgər yaralanmışsa, mütləq çox canı yanmışdır.
Qadının ürəyi, öz aynasıdır. İçində nə qədər sevda artığı yığılmışsa, o qədər qatılaşmışdır. Asan asan aşmaz, düşməz. Düşsə də dərhal qırılmaz. Necə qalxılacağını daha əvvəl öyrənmişdir.
Həyat deyilən bu böyük səfər, bir an qədər qısa sürər. Sona gəldiyində,film lenti kimi keçir deyirlər ya, çaşır hərhalda hər kəs özünə təəccüblənir, bu qədər qısa zamana bu uzun metrajlı film necə sığdı deyə! Ona görə, hamısı boş demək gəlir içimdən..
Dadını çıxartmaq lazımdır həyatın amma necə? Hər kəs eyni şeyi söyləyir,amma, praktikada bacaran yoxdur. Kimsə edə bilmədisə, olmur demək ki! O zaman anların dadına çatmalıdır insan.
Davamlı xoşbəxtlik mümkün deyil. Ancaq insan bir az özünə zaman ayıra bilər. Bir dəniz kənarında qağayıları seyr etmək üçün, izdihamlı bir prospektin ortasında dayanıb insanları müşahidə etmək üçün, bir stəkan dəmli çay üçün və ya eşq üçün, mütləq vaxt ayıra bilər.
İnsanın da mövsümü olur. Bir qışa, bir yaza keçər. Hər keçişdə eşqlə dolmalıdır ürək, yoxsa yaşamaq dediyin böyük əziyyətdir. Sevməmək üçün bolluca bəhanə çıxaranlar, sevmək üçün səbəb say desən üçü keçə bilməzlər.
Pisi söyləmək də asan, etmək də; işin özü yaxşını bacarmaq, hətta ən olmayanı bacarmaqdır. Yoxsa bu dövrdə eşqmi var demək işin ən asanı, mən də yazaram iki cümlə, bitirərəm yazını. Olmayanı var edənlər, həyatın həqiqətən dadını çıxardırlar. Onlar döyüşçüdür. Bəhanələrin, hirslərin arxasında gizlənmirlər!
Döyüşçülər ən çox, ürəyi yara almış olanlardan çıxır. Acı görməmiş ürək, nazlanar. Çətindən keçməmiş ürək, şişər. Halbuki qanayan könüllərin belə lüksləri yoxdur. Onlar enər, qalxar, bir daha enər və yenə qalxarlar.
Qırılmış vazolar su sızdırar, yaralanmış ürəklər qan. İnciyən ruhlar, gözyaşı axıdar qaranlıq saatlarda amma yenə də güclü edər onu çətinliklər. Yıxılmış bir ürək əsla köhnəsi kimi olmaz ancaq bir az cəsarət etsə, köhnəsindən daha dik, daha məğrur, daha yetkin çıxar həyat arenasına. Deyəcəyim budur ki, yorulduqca, ağrıdıqca, qanadıqca böyüyəcəksiniz.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SEV_GI |
Baxış sayı : 474 |
Rəylərin sayı (16) |
7 yanvar 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!