www.nice.az » Sevgi Aləmi » Mən hamının və heç kimin dostuyam [şeir]
Mən hamının və heç kimin dostuyam [şeir]
Bu xəbəri dostlarınla paylaş:
![Mən hamının və heç kimin dostuyam [şeir] Mən hamının və heç kimin dostuyam [şeir]](/uploads/posts/1293462034_fhkl.jpg)
Alovam mən, səhralar içində bir ümman,
Yalnızam mən, heykəllər içində bir insan..
Qorxağam mən, ordusuz bir sərkərdə..
Gülüşəm mən gözdən axan hər kədərdə..
Dostlarıma düşmənəm, düşmənlərə sirdaşam..
Mən hamının və heç kimin dostuyam..
Varlıyam mən, yoxsullar içində bir kasıb,
Səyyaham mən, yollar içində yolum qayıb..
Yağışam mən, alovlar içində biçarə,
Əvvələm mən, sondan gələn avarə..
Dostlarıma düşmənəm, düşmənlərə sirdaşam..
Mən hamının və heç kimin dostuyam..
Zamanam mən, hər damarım bir xatirə,
Keçmişəm mən, gələcəydən qovulmuş..
Tufanam mən, bənzəyirəm bir küləyə,
Qartalam mən, bir cüt gözü oyulmuş..
Dostlarıma düşmənəm, düşmənlərə sirdaşam..
Mən hamının və heç kimin dostuyam..
Sözəm mən, hər ağızda, hər dildə..
Məhbusam mən, mənə doğma olan eldə..
Yarpağam mən, ağacından ayrılan,
Təbibəm mən, xəstələrə şəfa tapan..
Dostlarıma düşmənəm, düşmənlərə sirdaşam..
Mən hamının və heç kimin dostuyam..
Ümidəm mən, arzulara gor qazıram..
Qələməm mən, insanları yazıram..
Romanam mən, baş personajım əyyaş..
Günaham mən, savablardan çox-çox uzaq..
Dostlarıma düşmənəm, düşmənlərə sirdaşam..
Mən hamının və heç kimin dostuyam..
Mən elə bir zirvəyəm çox yaşlanmış üzüm-gözüm,
Cismim cavan qalsa da, tez qocaldin, ey, ruhum..
Gecələr tenhalıqda keçmişimin səsi gəlir,
Zamanın əqrəbləri, sancmaq üçü geri gəlir..

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 470 |
Rəylərin sayı (14) |
27 dekabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!