www.nice.az » Sevgi Aləmi » Bir salama dəymədi... [şeir]
Bir salama dəymədi... [şeir]
![Bir salama dəymədi... [şeir] Bir salama dəymədi... [şeir]](/uploads/posts/1292867002_nnm.jpg)
Bir salama dəymədi...
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun
Söylə illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı nə tez unutdun????
Beş ildə gözümüzdən, axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan, yanımdan necə keçdin??
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəqanlarımız
Bir salama deymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalniz indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək, geri dönməyəcəksən!..
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gönlüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SEV_GI |
Baxış sayı : 763 |
Rəylərin sayı (8) |
20 dekabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!