www.nice.az » Sevgi Aləmi » Keçmiş və Gecikmiş...
Keçmiş və Gecikmiş...
Gözlərimdə keçmiş günlərin arxivi...Tanış bir sima bir o qədərdə uzaq yalnız mənim bildiyim yüzlərcə insan arasından mənim seçə bildiyim.Hamı üçün adi bir insan mənim üçün keçmişdən qonaq .Keçmiş hisslər , keçmiş yaralar , sevinclər və hüzünlər.Keçmiş...keçmiş və gecikmiş...Yalnız bir an çox qısa saniyələrlə ölçüləcək , ama əsrlər qədər uzun .Günlər boyu məni izləyən gözümün önündən getməyən bir an , eynilə sənə ilk vurulduğum an kimi ....o təbəssümün kimi...

Sən həyatımın yarımçıq qalmış bir hissəsi önü qapadılmış talelərlə, gələcəyi ardı yox artıq bu romanın imkansız bir şey idi onsuzda , sonu belə olmalı idi bbilirdim daha ilk başından.Sən gülüşlərimdəki hüzün idin qəmzələrimdə gizlənən, sən gözlərimdə gizlənən göz yaşlarım yağışlarla ağlayan kimsə bilməsin deyə...Sən mənim əbədi sirrim könlümün ən dərin qatlarında gizlənən.Sən mənim əbədi payızım qəlbimdə həsrət küləkləri əsdirən.Sən adını qoya bilmədiyim biri keçmişimdən məni izləyən.

Axı niyə bu qədər silinməz oldun ömrümdə nə idi səni fərqli edən əlçatmaz biri olmağınmı mənim üçün hər zaman yox sən əslində düz yanımda olmusan hər zaman sadəcə mən qorxurdum zirvələrədn qadağalar qoymuşdum yüksəklilərə...Qışın bu soyuq günlərində yüzlərcə adam arasında sənə rastladı gözlərim birdən sadəcə bir anlıq bir neçə saniyə daha çox baxa bilmədim sənə nədənsə qəlbimdə nəsə baş qaldırdı axı indi mənə qadağan idin səni indi görməməliydim sən daha gecikmişdin qəlbimə...bir başqa sevgi kök salmışdı ürəyimə.Sən keçmişsən və gecikmisən...

Bir anlıq baharı gətirdin könlümə üzümə təbəssüm həmdə qorxu yarandı içimdə bu nəydi İlahi görməsin gözlərim səni ...Səni gördüyüm o isti ayları xatırladım yenə mənə baxan o gizlin baxışları...Lakin qısa sürdü bu bahar və isti aylar gedişinlə payız çökdü qəlbimə kədərli bir zülmət hakim oldu gözlərimə...Aylar keçdi il ötdü fəsillər dəyişdi unutdum daha , bilirdim imkansızdı və daha geri dönüş yoxdur bu yolda.Amma qəlbimdə bir yer ən ucqar məkan bataqlıqlarım var orda hisslərimi boğan ,keçmişin izlərini basdıran xəzanlar var , sevgimin üstündə daha nəhəng çılpaq ağaclar kök salıb payızı yaşayan bir ölkəm var .istəsəmdə bahar gəlməz daha oralara payızım elə puç etmişki ümidləri , elə dağıtmışki ölkəmi uca səddlər çəkmişəm tənha kimsəsizdir artıq ora... Heç kimin bilmədiyi tənhalıq məskənim mənim keçmiş izlərim...

Sən dodaqlarımın arasında gizlənən kimsənin eşitmədiyi yarımçıq mahnımsan ...Sən gözlərimə həkk olan ən gözəl anımsan . Sən oxuduğum ən kədərli əsər, ən əlçatmaz arzumsan.Ama bir xahişim var daha görməyim səni canlandırma keçmiş xatirələri , hisslərimin içində azdırma məni...Bir mahnı səslənir yenə uzaqlarda və mən ağlayıram səbəbini bilmədən yenə üsyanlar içində .Hər gördüyüm simada səni axtarmaq sənə oxşatmaq yenidən səni görmək arzusuyla savaşmaq bu nəqədər ağrılıdır bilirsənmi ? Yox çünki sən gecikmisən yada mən tələsmişəm ama bildiyim bir şey var mütləq olaraq sən mənim həyatımda bir keçmişsən gələcəyi olmayan...

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 602 |
Rəylərin sayı (9) |
19 dekabr 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!