www.nice.az » Sevgi Aləmi » Yalan sevgi...
Yalan sevgi...

Sənə heç bir şey demək istəmirəm.
Bütün sözlər mənasızdır... Heçnə yazmaq istəmirəm.
Bu Sevgi yalanmış. Indi qaranlıq sularda boğuluram. Göyün üzü çox ağırdır mənə.
Hansı tərəfə dönsəm yalandı. Gülüşlər yalan, andlar yalan... İnsanlar yalan.
Mən səni sevmişəm? Sənin gözlərinlə baxmışam dünyaya? Sənin əllərinlə gülləri dərirdim?
Sevgi idi sinəmə basdığım. Böyük bir yalanı səninlə yaşamışam?
Gözlərinə baxanda sanki cənnətə keçirdim. Bir yalanmış, pis yuxu imiş...
Pisliyin də bir üzü, bir görünüşü var... Amma ən betəri elə bu imiş... Bu yalan...
Bir nagıl olsaydın razı olardım, bir şər olsaydın, alıb gizlədərdim.
Gözəl bir üz, gözəl xatirə qalardı səndən... Heç kimin toxuna bilməyəcəyi bir tarix...
Amma heçnə qalmadı... Bir yoxluğu olan kimi qəbul edirmişəm...
Bir heçi qucaqlamışammış... Sən işığı udan qaranlıq,bir kor quyu...
Mən kor quyularda bulaq suyu axtarmışam... Necəsə bu sevgi unudulacaqdı...
Amma unudulmaz bir xatirə, gəncliyin ən gözəl xatirəsi olaraq qalsaydı...
Sən heçnəyin dəyərini bilmədin. Kökün çürük, yarpağın kül, meyvən zəhərmiş.
Mən səni sevginin yerinə qoyaraq aldanmışam.
Günah səndə deyil, mən səni tanımamışam.
Nə sənə əsəbləşmişəm, nə də səndən incimişəm. Çünkü sən heç olmamıan.
Əsl əsəbləşiləcək adam mənəm. Balaca tozu, lel sanmışam.
Sənin xəyanətin məni yandırmadı. Məni yox edən, məni peşman edən tək şey...
bir sevgi yaratmış və tək boşuna yaşamışam.
Sən onsuzda olmamısan ki... Sənin nəyinə yanım?

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SiMPLe_GiRL |
Baxış sayı : 2525 |
Rəylərin sayı (3) |
19 sentyabr 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!