

www.nice.az » Sevgi Aləmi » Uğurlar olsun!
Uğurlar olsun!
Bu xəbəri dostlarınla paylaş:

Hər sözün sonunda bəsdir qorxduğum,
Tükənən taqətim uğurlar olsun!
Bir sənin gözündə sevincim yetər
Əyilsin qamətim, uğurlar olsun!
Tükənən taqətim uğurlar olsun!
Bir sənin gözündə sevincim yetər
Əyilsin qamətim, uğurlar olsun!

Sözündə həsrətin dindi nə deyim
Qəlbinin hökmünə indi nə deyim
Bir məni günahkar bildi nə deyim
Dövlətim sərvətim uğurlar olsun!
Qəlbinin hökmünə indi nə deyim
Bir məni günahkar bildi nə deyim
Dövlətim sərvətim uğurlar olsun!

Bir gedən ürəyin cisminə dustaq
Bu sevən könlümün halına yazıq
Sanırdim bu eşqə biz idik ortaq
Qənirsiz qiymətim uğurlar olsun
Alışıb oduma sənsiz yanaram
Bir addım uzaqda varsan sanaram
Dilimdə lal olan eşqi danaram
Diləyim ülfətim uğurlar olsun!
Bir addım uzaqda varsan sanaram
Dilimdə lal olan eşqi danaram
Diləyim ülfətim uğurlar olsun!

Divanə qəlbindən vida diləyən
Bəsdir bu sevdadan azca gileylən
Məni öz özümdən qərib eyləyən
Arzulu qürbətim uğurlar olsun!
Bəsdir bu sevdadan azca gileylən
Məni öz özümdən qərib eyləyən
Arzulu qürbətim uğurlar olsun!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Naxcione |
Baxış sayı : 984 |
Rəylərin sayı (5) |
21 avqust 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!