

www.nice.az » Sevgi Aləmi » Əbədi məhəbbətimsən [Şeir]
Əbədi məhəbbətimsən [Şeir]
Bu xəbəri dostlarınla paylaş:
Sənin məhəbbətin qəlbimdə hər an,
Yaşayıb, yaşayır, yaşayacaqdır.
Bu sevən ürəyim bətnində inan.
Yalnız bu sevgini daşıyacaqdır.
O sənli günlərim bir film kimi,
Gözlərim önündən çəkilib getmir.
Titrəyir durmadan qəlbimin simi,
Yersiz təsəlliliər dadıma yetmir.
Bəzən lap yaxında, bəzən çox uzaq,
Xoşbəxtlik kölgətək izləyir məni.
Sanıram əlimi atsam çatacaq,
Baxıram, bədbəxtlik gözləyir məni.
Sevirdim, sevirdin sevdiyim qədər,
Dağıldı puç oldu bütün arzumuz.
Vallah bu ayrılıq ölümdən betər.
Nə qorxunc yazılıb alın yazımız?!
Taleyim çox qəddar olubdur mənə,
Fəqət tab gətirib, gülüm, dözmüşəm.
Bir ümid olsaydı, dözərdim yenə,
Bu sənsiz həyatdan daha bezmişəm.
Qaranlıq dünyamın işığı idin,
Leyli tək sevirdin, yenə osanmı?
Nə oldu qəflətən ayrılaq dedin,
Bir canı ikiyə bölmək asanmı?
Ölüncə bu həsrət məni üzəcək,
Əfsus ki, yarımçıq səadətimsən.
Gözlərim hər yerdə səni gəzəcək,
Sən mənim əbədi məhəbbətimsən!
Yaşayıb, yaşayır, yaşayacaqdır.
Bu sevən ürəyim bətnində inan.
Yalnız bu sevgini daşıyacaqdır.
O sənli günlərim bir film kimi,
Gözlərim önündən çəkilib getmir.
Titrəyir durmadan qəlbimin simi,
Yersiz təsəlliliər dadıma yetmir.
Bəzən lap yaxında, bəzən çox uzaq,
Xoşbəxtlik kölgətək izləyir məni.
Sanıram əlimi atsam çatacaq,
Baxıram, bədbəxtlik gözləyir məni.
Sevirdim, sevirdin sevdiyim qədər,
Dağıldı puç oldu bütün arzumuz.
Vallah bu ayrılıq ölümdən betər.
Nə qorxunc yazılıb alın yazımız?!
Taleyim çox qəddar olubdur mənə,
Fəqət tab gətirib, gülüm, dözmüşəm.
Bir ümid olsaydı, dözərdim yenə,
Bu sənsiz həyatdan daha bezmişəm.
Qaranlıq dünyamın işığı idin,
Leyli tək sevirdin, yenə osanmı?
Nə oldu qəflətən ayrılaq dedin,
Bir canı ikiyə bölmək asanmı?
Ölüncə bu həsrət məni üzəcək,
Əfsus ki, yarımçıq səadətimsən.
Gözlərim hər yerdə səni gəzəcək,
Sən mənim əbədi məhəbbətimsən!
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Muslim_Girl |
Baxış sayı : 470 |
Rəylərin sayı (7) |
22 aprel 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!