www.nice.az » Sevgi Aləmi » Səni sevəndən
Səni sevəndən
Səni sevəndən...
Məcnunu səhraya qaçışını, Fərhatın dağları yarmasını, Kərəmin odlarda yanmasını anladım... Anladım ki, bütün qaranlıqlarda, ümüdlərin tükəndiyi anlarda mənim üçün şam kimi yanan sən olmusan... Mən sadəcə sənsiz yaşaya biməyəcəyimi anlayıram və bir ömür boyu yalnız səninəm.
Səni sevəndən...
Əgər mən günahkaramsa və üzr istəyirəmsə demək ki, sən mənim üçün dəyərlisən... Əgər məni sən yaxşı tanıyırsansa, demək ki, bunu mən belə istəmişəm... Əgər mən nəyisə istəyirəmsə, demək ki, mən bu istəyimə nail olacağam!... Əgər mənim səndən xoşum gəlmirsə, demək ki, sən artıq bunu bilirsən.
Səni sevəndən...
Mən Sənə hər şeyimi verdim. Bir tək canım qaldı, onuda zamanı gəlincə verəcəyəm. Və bəzən fikirli halda özümdə güc toplayaraq deyirəm - darıxma, çox yaxında, O da anlayacaq səni... Çünki biz Səninlə xoşbəxtlik zirvəsini fəth edəcəyik.
Səni sevəndən...
Sənə ürəyim dedim, həyatım, dəlim, canım, böyük balam dedim, ən əsası da sənə özüm dedim. Bu idi cavabın, təşəkkürün, hörmətin? Bu cür oldu qarşılığın? Hər şeyə görə çox sağ ol... Payın artıq olsun, amma artıq yetər! YETDİ VƏ BİTDİ!!! Al apar sənə verdiyim hər şeyimi, ən əsası da sənə verdiyim özümü. Al apar, qoy sənə qalsın! Nə istəyirsən də et, istər istifadə et, istərsə də at getsin! Etdiyin kimi... Qoy o biri yarım boş qalsın.
Səni sevəndən...
Uzun müddət düşünürdüm ki, mən sənsiz qala bilərəmmi? Sonra yenə düşündüm 2 gün, 3 gün sonra öyrəşərəm sənsizliyə. Mən sənə sadəcə bağlanmışam. Sevmirəm axı səniii. Sənin yerini başqaları da əvəz edə bilər. Səninlə keçirdiyim vaxtı ailəmlə, dostlarımla da keçirə bilərəm. Sənin yerini başqaları da əvəz edə bilər. Gəzərəm, əylənərəm səni unudaram. Yeni-yeni münasibətlər quraram. Necə deyərlər mən sənsiz də yaşaya bilərəm əsas mənim var olmağımdır.
Səni sevəndən...
Sənsiz oyandığım ilk səhər baxdım aynaya. Gözlərim yox idi... Sənə vermişdim, kimsəyə dəyməsinlər deyə ovuclarına əmanət etdiyim gözlərim. Mənim ürəyim yox idi, ruhumu buraxmışdım səndə. Mənə aid heç bir şey qalmadı məndə.
Səni sevəndən...
Əbədi sevgini əks etdirən, əbədi eşqi qələmə alan, əbədi məhəbbəti təsvir edə bilən romanları sevdim... Məni əbədiliyə inandıra bilən, səhifələri təkrar-təkrar vərəqlədim... Oxumadım, əzbərlədim.
Səni sevəndən...
Kimsəsiz bir ev belə cənnətə çevrilə bilərdi bəlkə də, isti bir gülüşlə isidilsəydi əgər... Bu sevginin sonsuz olacağına inanardım, doğruları yalanlar əvəz etməsəydi əgər.
Səni sevəndən...
İstilik deyincə,sən,gəlirsən ürəyimə... Sən gəlirsən gecələrin arasından,soyuqların arasından,ürəyim isti olur... Sən,mənim isidənimsən,ürəyimi ipisti edən... Əlimi uzatsam tutacağını,qayğılarla dolu saatların bir anda yox olacağını bilirəm.
Səni sevəndən...
Nə qədər acı çəksəm də hər kəsin nəfəs almağa davam etdiyini, nə qədər ağlasam da göz yaşlarımın heç bir zaman yağmur yağdırmadığını öyrəndim.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Sparrow |
Baxış sayı : 2084 |
Rəylərin sayı (11) |
21 mart 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!