www.nice.az » Sevgi Aləmi » Utanıram ağlamağa
Utanıram ağlamağa
Yenə düşünür qəlbim məndən xəbərsiz.Yənə ağlayır gözlər məndən xəbərsiz.İçimdə bir sızıltı var.Ağlamaq keçir könlümdən ağlaya bilmirəm.Çünki artıq utanıram.Utanıram ağlamağa...
Gözlərimdən utanıram,aldatdığım özümdən utanıram.Utanıram ağlamağa...Daha yaş da küsüb gözümdən,daha hisslər də küsüb qəlbimdən,qəlbim küsüb məndən.Daha mən sükutdayam.Daha ölüyəm.Utanıram...Amma nədən utanıram daha onu da bilmirəm.Xoşbəxtliyin ən gözəl anında bu günümü düşünmədiyim üçün utanıram.Hisslərə qapılıb tək bu günümü yaşadığımçün utanıram.Ağla qəlbim dedim, ağlatdım qəlbimi,günahı qəlbimdə gördüm...Zamanından tez oyandığımçün yatmaq istədim...Orta məktəb sevgisindən şikayət etdim,Gül olmusan dedim tikana,Nakam dost məhəbbətindən söz etdim,unut məni dedim, daha yoxam bu dünyada,Həyatının məni sıxdığından qara daşlara,qardaşlara şikayət etdim...Yenə də əsl səhvimi görmədim,bununçün utanıram.
Həyat sevgiylədir, aldanmayasan gərək,
Sevgini düz seçib, yaşayasan sevərək,
Elə yaşa, utanıb deməsin bu yazıq ürək,
Utanıram...daha utanıram sevgisiz döyünməyə.
Hissini düz bil,qəlbinə olma düşmən,
Qəlb bilir əsl sevgini, bilməsən də sən,
Bağışlamaz bir gün, diz üstə ağlayıb desən,
Utanıram...daha utanıram sənsiz öyünməyə.
İndi yenə qaraldı dünyam yenə üstümə gəldi daş divarlar.Kimə baxım ürəyim açılsın.Bir yanda sevgi tərəzidə satıldı,bir tərəfdə qızlar hisslərlə oynadı.Qayıtdım qəlbimə,onunla söhbətə.Qəlbim də məni qəbul etmədi,məni utandırdı...İndi utanıram səhvlərimdən.Utanıram əyrilikdə düzlərimdən,sevgidə hisslərimdən,hisslərdə sevgimdən.Ağlamağa belə utanıram.Utanıram yalandan ağlayıb gözümü sildiyim dəsmalımdan,utanıram yalandan ağlayarkən baxdığım güzgüdən.
Utanıram utanmayanların yerinə...
Utanıram ki,unutmalı olanları utandırmadığım üçün...

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: SEV_GI |
Baxış sayı : 467 |
Rəylərin sayı (2) |
7 yanvar 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!