www.nice.az > Nice.aZ LiFe > Yeni il NiCe.aZ-da

Yeni il NiCe.aZ-da


25 dekabr 2010. Müəllif: Sparrow
Yeni il  NiCe.aZ-da


Artıq 2010-cu ili başa vururuq. Maraqlı-maraqsız, sevincli-kədərli, şirin-acı günlərimiz olub. İndi isə tam fərqli bir addımla 2011-ci ilə qədəm qoyuruq. 2010-cu ildən isə Bizə qalan yalnız xatirələrdir. Bütün NiCe.aZ userlərini səmimi qəlbdən bayram münasibəti ilə təbrik edirəm. İnşallah, gələcək iliniz daha uğurlu, gözəl, əvvəlkindən xoş keçsin! Saytımıza isə aznet-də ən yüksək zirvələrdə olmasını, dünya səviyyəsinə qalxmasını və hər addımının müvəffəqiyyətli olmasını diləyirəm! İndi isə keçək suallarımıza...


1. 2010-cu il Sizə nəyi verdi və sizdən nəyi aldı?

2. Bu il saytımızda və yaxud həyatınızda hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

3. 2010-cu ili unudacaqsınızmı?

4. Bu il Sizə düşərli oldumu?

5. 2011-ci ildən nə gözləyirsiniz?

6. İlinizin ən xoş günü hansı olub?

7. İlinizin ən kədərli günü hansı olub?

8. Siz hansını seçərdiniz: Şaxta baba yoxsa Santa Klaus?

9. Şaxta babadan nə gözləyirsiniz?

10. Siz, NiCe.aZ-a Şaxta babaQar qız libasında kimləri yaraşdırırsınız və yaxutda kimləri görmək istərdiniz?