www.nice.az > Nice.aZ LiFe > NiCe.aZ-ın Xatirə dəftəri [fasqa]

NiCe.aZ-ın Xatirə dəftəri [fasqa]


18 aprel 2012. Müəllif: SiMPLe_GiRL
NiCe.aZ-ın Xatirə dəftəri [fasqa]


NiCe.aZ-ın Active Useri olan, fasqa-nın Xatirə dəftəri...


1) Adınız və Soyadınız? - Fariz Xəlilov

2) Doğulduğunuz yer və Tarix? - Bakı şəhəri, 27.07.1985

3) Uşaqlıqda olan ən gözəl bir xatirə haqqında nə deyə bilərsiniz? - Uşaqlıqda sakit uşaq olmuşam, dəcəl olmamışam evdəkilərin sözünə görə

4) Hər bir uşağın arzusu olurki böyüyəndə bir peşə seçəcək, elə olurki böyüyəndə başqa peşə seçir, siz hansı peşəni seçibsiniz? - Uşaqlıqda elə bir xəyal qurmamışam böyüyəndə nə olum

5) Ən çox nəyə inanırsınız? - Ən çox Allaha inanıram, Allahdan başqa yalandır

6) İlk sevginizdə uğurlu oldunuzmu? - Sevdiyim yoxdur, amma təzəliycə birini tanımışam onun üçün elə darıxıram

7) Həyatda nəyi bağışlamarsınız? - Sevdiyim insan mənə xəyanət etsə bağışlamaram

8) Ölən günlərimi qaytarardılar gələn günlərimi qurban edərdim , bu fraza ilə razısınızmı? - Əsas o biri dünyadı, amma qardaşımı qaytarmaq istərdim, özümü çox xoşbəxt hiss edərdim

9) Saytda ən yaxın münasibətdə olduğunuz şəxs varmı? - Saytda ən yaxın münasibətdə olduğum yoxdur

10) Ən sevdiyiniz insan sizə xəyanət etsə nə edərdiniz? - Ən çox sevdiyim insan mənə xəyanət etsə sadəcə bağışlamazdım

11) Ən sevimli müğənni və filminiz? - Müğənnilərdən: Yıldız Tilbe, Aslı Güngör. Filmlərdən: Kurtlar Vadisi

12) Əgər bir gün Roman yazsanız adını nə qoyardınız? - Bir gün roman yazsam sevdiyim qız haqqında yazardım. Adını “Son Gecə” qoyardım

13) Kaşki tanımasaydım dediyiniz biri olubmu? - Kaşki tanımasaydım birini deməmişəm

14) Niyə məhz NiCe.aZ? - Ona görəki buranı çox sevirəm

15) Hansı sualımı bəyəndiniz , hansını bəyənmədiniz? - Sualların hamsını bəyəndim

16) Sonda bizim NiCe.aZ Ailəsinə ürək sözləriniz? - NiCe.aZ ailəsinə uğurlar arzu edirəm, həmişə bir-birləri ilə mehriban olsunlar. SiMPLe_GiRL və HiTMaN sizədə minnətdarlığımı bildirirəm. Hələlik...