www.nice.az > Nice.aZ LiFe > NiCe.aZ-ın Xatirə dəftəri [Mery]
NiCe.aZ-ın Xatirə dəftəri [Mery]13 aprel 2012. Müəllif: SiMPLe_GiRL |
![]() NiCe.aZ-ın Active Useri olan, Mery-nin Xatirə dəftəri... 1) Adınız və Soyadınız? - Ülkər Hacıyeva amma Ulya deyirlər =) 2) Doğulduğunuz yer və Tarix? - Bakı şəhəri, 1999.03.21 3) Uşaqlıqda olan ən gözəl bir xatirə haqqında nə deyə bilərsiniz? - Əsasən o vaxtlarda çoxlu Barbie kuklalarım olsun, mamamgil məni çoxlu-çoxlu parka aparsınlar deyə istəyirdim yəni şirin arzular idi =) 4) Hər bir uşağın arzusu olurki böyüyəndə bir peşə seçəcək, elə olurki böyüyəndə başqa peşə seçir, siz hansı peşəni seçibsiniz? - Mən hələki oxuyuram Allah bilər nə olacam, amma çox istərəmki ilk öncə ali təhsilli biri olum sonra nə oluramsa olum =) 5) Ən çox nəyə inanırsınız? - Allahıma, sevgiyə və dostluğa =) 6) İlk sevginizdə uğurlu oldunuzmu? - Hələ elə bir şey olmayıbdı olanda deyərəm =) 7) Həyatda nəyi bağışlamarsınız? - Satqınlığı və iki üzlülüyü yəqinki.... Hə birdə xəyanəti =) 8) Ölən günlərimi qaytarardılar gələn günlərimi qurban edərdim , bu fraza ilə razısınızmı? - Xeyr, gələn günlərimin gözəlliyi ilə pisliyi ilə yaşamaq istərdim gedən gedibdi gələcəyə baxmaq lazımdı =) 9) Saytda ən yaxın münasibətdə olduğunuz şəxs varmı? - HiTMaN yəni Rüfət, onu bu saytda tanımışam və çox yaxşı bir dostdur mənim üçün, nermin555, Candy və MILK_KLIK isə mənim ən yaxın sinif yoldaşlarımdı Mirzə ilə çoxdan tanışam onunla da çox səmimiyəm... əlbətdəki Rüstəmi də yaddan çıxartmaq olmaz oda çox yaxşı və səmimi bir dostdur =) 10) Ən sevdiyiniz insan sizə xəyanət etsə nə edərdiniz? - Çox sağol deyib arxamı çönüb gedərəm... Amma nə qədərdə olmasa çox pis olaram =( 11) Ən sevimli müğənni və filminiz? - Dəyişir yəni tam konkret olmur əsasən məndə mahnıların stili olur. Kinolarda isə mənə maraqlı olması =) 12) Əgər bir gün Roman yazsanız adını nə qoyardınız? - Çox çətin sualdı hmm... ''Həyat'' necədir? =) 13) Kaşki tanımasaydım dediyiniz biri olubmu? - Bəli, olubdu 14) Niyə məhz NiCe.aZ? - Digər saytlardan çox fərqlənir çox səmimi, çox mehriban, çox dostcasına çox çox çox super saytdır. Əslində saytı tanımağımın köməkçisi qardaşım oldu onun adı burda MuXa-dır, o girirdi məndə girdim burda ki ilk ləqəbim Kim olmuşdu sonrada şifrəsini unutdum və Mery ləqəbi ilə girdim.... =) 15) Hansı sualımı bəyəndiniz , hansını bəyənmədiniz? - Hamsı çox gözəl idi təşəkkürlər... Əllərivə sağlık 16) Sonda bizim NiCe.aZ Ailəsinə ürək sözləriniz? - Sizə qaranti verirəm ki, burada olmağıvıza peşman olmayacaqsınız həmişə burda olun... Hər kəsə arzu edirəm ki, Allahdan nə diləkləriviz varsa qəbul olunsun və hər vaxt ''Bəxt'' yanınızda olsun |