www.nice.az > Nice.aZ LiFe > NiCe.aZ (bayatılar)
NiCe.aZ (bayatılar)17 fevral 2012. Müəllif: hebibi_p |
![]() fidaska Əzizim, sərin ayaz, Göy bulud, sərin ayaz. Dosta gələn qadanı Düşmənin sərinə yaz GHoSTMaN Əzizim, kasad olmaz Mərd əli kasad olmaz Yüz namərdin çörəyin, Doğrasan, kasa dolmaz _ROCK_STAR_ Eləmi, yara dəydi, Dəymədim,yara dəydi Dilim-ağzım qurusun, Nə dedim,yara dəydi? HiTMaN Əzizinəm, yad əli, Ya divanə, ya dəli. Məşhərim o gün qopar, Yara dəysə yad əli. Mery Eləmi, üzəsən can, Zülfünü üzə sancan. Biləsən dost vəfasın, Yolunda üzəsən can. punesher Əziziyəm, yasa bax Qara geymiş yasa bax. Əzrayıla borclu can, Ya bu gündü, ya sabah. Delphi7 Əzizim, qız adamı, Od yana qıza damı Hər dərddən çox saraldar, Bivəfa qız adamı. NiXaTo Eləmi, yaxşı ata, Pulun ver yaxşı ata. Oğul bədəsil olsa, Dərd çəkər yaxşı ata. Honey Əzizim, oda damı, O bağı, o da damı. Elə ki sən yandırdın, Yandırmaz od adamı Sweet_LoVe Əzizim gələr keçər, Ahular mələr keçər. Oğulsuz anaların, Qəlbindən nələr keçər?! LeGaCy Əzizim, ayaq sudan, Üzər hey, ayaq sudan Yarımı suda gördüm, Kəsmərəm ayaq sudan. Birtanem Su gəlsə sel bilərdim, Meh, əssə, yel bilərdim, Dağda bir oba salsan, Mən səni el bilərdim. M1rZ3 Çən, duman düzə neylər? Zülfün tök üzə neylər? Ov bizim, ovlaq bizim, Yad ovçu bizə neylər? |