www.nice.az > Nice.aZ LiFe > NiCe.aZ userlərinin müdrik kəlamları [3-cü hissə]

NiCe.aZ userlərinin müdrik kəlamları [3-cü hissə]


18 may 2011. Müəllif: hebibi_p
NiCe.aZ userlərinin müdrik kəlamları [3-cü hissə]

Fidaska - O insan heç nəyə yararlı deyil - hansı ki yalnız özünə yararlıdır

GHoSTMaN - Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq

Sevgidolukalbim - Həyatın sonu kədərli, ortası heç nəyə yaramayan və başlanğıcı isə gülməli olur

Xp - Həddsiz kiçik insanlar həddsiz təkəbbürlü olurlar..

Sev_gi - BağıŞlamaq və unutmaq, yaxŞı insanların intiqamıdır.

Gatakka - Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır

Serena - Xoşbəxtlik hər zaman arzudur - bədbəxtlik isə həmişə realdır


Nixato- Özgəsinin sirrini demək satqınlıq ,öz sirrini açmaq isə axmaqlıqdır


Eden flwer -
Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur.


Two_ral - Ciddi olmaq gözəldir - lakin biganə olmaq lazım deyil


Angel_org - Göz yaşı-ürəyin dediyi sözlərdir.


Punesher-
Sevgi üçün ölmək çətin deyil, buna layiq sevgini tapmaq çətindir.


Sparrow - Necə sevginə ehtiyacım varsa, o cür də unutmağa cəsarətim var!!!


Hitman - Həqiqət - 1 stəkan ən güclü içkidir. Onu çox az adamlar axıra kimi içə bilər, əgər o yalanla qarışmayıbsa.

Klosse77 - Bugün sənin üçün başqasını tərk edən, sabah başqası üçün səni tərk edər.

Fasqa - Sənə olan nifrətimin gücünü bilmək istəyirsənsə, sənə olan sevgimi xatırla!

Muslim_girl - Ürəyini-sevdiyinə ver, qəlbini-ALLAHINA , namusunu isə-heç kimə!!!

Vuqar18 - Dərman mənəm, ancaq sənə yox! Sənə mən zəfər olacam.


Xansuagdash - Mən kiminsə cənnətiyəm, ancaq sənə yox. Sənin üçün cəhənnəm olacam!


Emerald -
Mən birinci ola bilmirəm, hətta ikinci ola bilmirəm, mən ancaq yeganə ola bilərəm!


Delph7 - Qürur qışqırırsa, demək, məhəbbət susur.


Dan ulduzu - Həqiqi dostlar səninlə birgə göz yaşı tökənlərdir...


Persiangirl - Həyat yolunda nə qədər çox getsən yolunu azdığını görəcəksən.

Only_Girl - Həyat yolunda nə qədər çox getsən yolunu azdığını görəcəksən.

Rock_star - Həyatın böyük bir qismi səhvlərdən ibarətdir, yerdə qalanı isə bu səhvləri düzəltmə cəhdindən.


Sevgi_Meleyi - Çörək dostu-yeyər gedər, dalda səndən danışar.

Honey - Dünyanı yaşadan, yeganə kəlmə: səni sevirəm kəlməsidir!


H5N1 - 3-cür dost var: Gərək dostu; Çörək dostu; Ürək dostu!


M1rZ3 - Səni unudacağam 1 gün 1gecə.
O aylar, o illər dönəcək heçə.
Deyəcəksən unutdun necə.
Deyəcəm sən necə, mən de eləcə.