www.nice.az > Nice.aZ LiFe > NiCe.aZ Userlərinin bayatı deyişməsi...!

NiCe.aZ Userlərinin bayatı deyişməsi...!


28 aprel 2011. Müəllif: hebibi_p
NiCe.aZ Userlərinin bayatı deyişməsi...!


GHoSTMaN: Yağı gəldi yanıma,
Susamışdı qanıma,
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.



SEV_GI: Kəm baxtı sönən qərib,
Qürbət ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.


XP:Söz qaldı el gələnə,
Çırmandı sel gələnə,
Gözəl bir bağ salmışam.
El gələ gölgələnə.


NiCe.aZ Userlərinin bayatı deyişməsi...!



Fidaska
:Əziziyəm dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca,
Vətənində dilən gəz



Gattaka:doğdu bizə düşdü,
Gün doğdu düzə düşdü,
Sən tək iyid cavanlar,
Tezliklnən gözə düşdü.




Sparrow:Əlifnazam mən-mən
Topuxbazam mən-mən.
On iki kişiyə getdim,
Yenə də qızam mən- mən



NiCe.aZ Userlərinin bayatı deyişməsi...!


Miss_kavkaz:Arazım çağlar axar,
Dörd yanı bağlar axar,
Əlim suyuna çatmaz,
Sinəmi dağlar axar.




Fasqa:

Şöftəliyəm, dəyməmişəm,
Baş budağım əyməmişəm.
Quran gətir əl basım,
O qıza mən dəyməmişəm.


Nixato:Saqqalıma dən düşüf,
Bilmirəm nədən düşüf?
Aləmə qız paylanır,
Mənəsə nənəm düşüf



NiCe.aZ Userlərinin bayatı deyişməsi...!



Serena:
Göydən uçan quşa bax
Əyağında müşə bax
Hamıya gələn yaza,
Mənə gələn qışa bax.



Two_ral:
Çisgi yağış yağırdı,
Bir qız ordan çağırdı.
Əllərinə əl vurdum,
Ana deyib çağırdı.



Angel_org:
Ay daş atan baxdəvər -
Daşın da bir vaxtı var.
Qapı döyür elçilər,
Anam deyir: в«Gəl verəkв».
Atam deyir: в«Qoy görəkв».



NiCe.aZ Userlərinin bayatı deyişməsi...!


Punesher:Papurusum yana-yana -
Od düşür şirin cana.
Vallah qoyub gedərəm
Qalarsan yana-yana.



Sevgi_meleyi;
Əzizim gələr keçər,
Ahular mələr keçər.
Oğulsuz anaların,
Qəlbindən nələr keçər?!



Klosse777;
Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.


NiCe.aZ Userlərinin bayatı deyişməsi...!


Delph7; Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.



Xansuagdash;
Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi,
Vətən viran da olsa,
O, cənnətdən gözəldi.


Dan ulduzu;Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?


NiCe.aZ Userlərinin bayatı deyişməsi...!


Sevgidolukalbim;Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni



M1rZ3;Əziziyəm düşüncə,
Gözəl şeydi düşüncə!
Kişiyə ölüm fərzdi,
Sözü yerə düşüncə…