www.nice.az > Nice.aZ LiFe > hebibi_P - Tam Səmimi Olaq-da
hebibi_P - Tam Səmimi Olaq-da4 aprel 2011. Müəllif: GHoSTMaN |
![]() Tam Səmimi Olaq!... NiCe.aZ: salam hebibi_P: əleykümə salam NiCe.aZ: necəsiz? hebibi_P: şükür Allaha, Siz necəsiz? NiCe.aZ: şükürlər olsun yaxşılıqdı hebibi_P: təki həmişə yaxşı olun NiCe.aZ: buyurun özünüzü NiCe.aZ-lılara təqdim edin hebibi_P: həbib_P NiCe.aZ: təşəkkür, bəs adınız? hebibi_P: Pərvin (Pəriş) NiCe.aZ: Pərvin xanım, doğulduğunuz yer və tarix? hebibi_P: Bakı ş, 05.07.1986-cı il NiCe.aZ: maşallah, bəs adınızın mənasını necə, bilirsiniz? hebibi_P: göydəki ən gözəl parlayan ulduz NiCe.aZ: necə olub ki, bizim Sayta gəlmisiz? hebibi_P: fidaska Googledən sms axtarırdı və məndə maraqla baxırdım. O da smsləri axtardıqda gəldik NiCe.aZ-a çıxdıq. O gündən də burdayıq, qısası təsadüf olub NiCe.aZ: çox gözəl təsadüfdür. Güman edirəm ki, peşman da deyilsiz... hebibi_P: yox, superdir NiCe.aZ: minnətdaram, keçək suallarımıza? hebibi_P: təşəkkürlər, buyurun NiCe.aZ: hardasa işləyir, yaxutda oxuyursuz və hobbiniz mümkünsə? hebibi_P: Ali məktəbi bitirmişəm, bəli işləyirəm. Hobbimdə, müxtəlif yazıçılarını əsərlərini maraqla oxumaq, musiqiyə qulaq asmaq və NiCe.aZ-a daxil olmaq NiCe.aZ: əla, utancaqsız? hebibi_P: çox vaxt utancaq oluram, əsasən də məni tərif edəndə NiCe.aZ: Sayta gəldiyiniz tarix yadınızda qalıb? hebibi_P: bəli, 27.10.2010 NiCe.aZ: ok, bəs ilk şərhiniz necə, yadınızda nə yazmısız və hansı Xəbərə? hebibi_P: bəli oda yadımda, NiXaTonun bir qızın pişiyə əziyyət etməsi ilə bağlı Xəbərinə şərhim olub NiCe.aZ: afərin, hər bir saytda mərdimazar olur. Bəs burda eləsi varmı, getsə rahatlaşarsız? hebibi_P: heç kəslə pis münasibətim yoxdur. Hamı necə var elədə qalsın NiCe.aZ: həyatda insanı nə yaşadır? hebibi_P: təmiz adı və vicdanı NiCe.aZ: bəs kirli olan dünyada təmiz nədi? hebibi_P: Dünya kirli deyil, əksinə gözəldir. Allah bizə nə qədər gözəlliklər bəxş edib. Sadəcə dünyanı kirlədənlər elə insanların özləridirlər NiCe.aZ: çox gözəl cavab. Yaxşı, ən böyük peşmançılığını çəkdiyiniz şey? hebibi_P: bəli peşman olmuşam, səhf addım atmışam. Allah bağışlasın bizləri, əsas səhfimizin təkrarlanmamasıdır NiCe.aZ: Amin!!! təsadüflərə bəs inanırsız? hebibi_P: yox inanmıram bir o qədər. Təsadüf 1-2 dəfə olar NiCe.aZ: bir günlük sehrli olsaz, nə edərsiz? hebibi_P: arzularım çoxdur ama bir arzum var, ilk növbədə onu yerinə yetirərdim NiCe.aZ: gecə vaxtı göydə ki, ulduzların parıltısı daha gözəldir yoxsa payızdan sonar yaranan yarpaq töküntülərinin görüntüsü? Birini seçin! hebibi_P: gecə vaxtı göydə ki, ulduzların parıltısı NiCe.aZ: təsəvvür elə yol ilə gedirsiz. Birdən biri çıxır, Sizə ilanı Aşk eləyir, qabağında diz çökür. İlk hərəkətiniz? hebibi_P: belə hərəkətə ciddi baxmıram NiCe.aZ: kaşki, tanımasaydım dediyin biri olubmu? hebibi_P: olub, bəli NiCe.aZ: yalanın ömrü neçə gün olur? hebibi_P: 40 gün ama bəzən ömrünün sonunadək də bilinmir NiCe.aZ: tək qalanda ən çox kim və ya nədən ötrü darıxırsız? hebibi_P: uşaqlıq illərim üçün darıxıram NiCe.aZ: bağışlamağı bacarırsız? hebibi_P: bəli, çox həssas insanam və bu xasiyyətimidə bəyənmirəm. İndiki zəmanədə gərək belə olmayasan. Bəzən düşünürəm ki, Allah səhfimi bağışlayarsa, bəndə kimdiki bağışlamasın NiCe.aZ: həyatına maraq verən insan və ya insanlar kimdi? hebibi_P: həyatımda heç kim yoxdur (hər halda sevdiyim insandan söhbət gedir) NiCe.aZ: vicdan əzabı var Sizcə? hebibi_P: vicdanı olan insan üçün var NiCe.aZ: yaşadığınız ömrü boyu yaxşılıq etmisiz yoxsa yaxşılıq etdiyin qədər pislik görmüsüz? hebibi_P: yaxşılıq deyərkən yəni bacardığım qədər əlimdən gələni etmişəm. Necə deyərlər: “Can demişəm, zəhrimar başa düşüblər†NiCe.aZ: belə denən, bəs hamı deyir mən safam bəs onda yalançılar kimlərdir? hebibi_P: safam deyənlər NiCe.aZ: atlar öləndə itlərin niyə bayramı olurki? hebibi_P: itlər istədi deyə, atlar ölməz NiCe.aZ: bir insan olur, dünyalar qədər sevirsən. Evlənmək qərarını belə almısınız. Lakin pulu, evi, imkanı yoxdu. Nə edərsiz? hebibi_P: qərarı almışamsa, fikirləşmək gecdir. Allah bilən məsləhətdir NiCe.aZ: bəs necə, gün ərzində ən çox nəyi düşünürsüz? hebibi_P: o qədər düşünürəm ki, axırda başım ağrıyır. Düşünürəm görəsənbu gün səhfə yol vermədim, yol vermişəmsədə, bidə o səhvi təkrar etməyim deyə NiCe.aZ: lap əla, "Özümü saytın ən ... useri hesab edirəm". Bu 3 nöqtənin yerinə hansı sözü qoyardız? hebibi_P: nöqtələri doldurmağa ehtiyac yoxdur. Brillian userəm, pillə-pillə yüksəlirəm sayənizdə NiCe.aZ: Saytda kimin niki daha qəşəngdi? hebibi_P: öz nikim, həbibi_P - əzizim deməkdi. Həmdə, soyadımdı NiCe.aZ: Sizcə gənclik nədir? hebibi_P: gənclik ∓ həyatın səhvi deməkdir NiCe.aZ: güvənini necə qazanmaq olar? hebibi_P: mənə qarşı düzgün, sədaqətli və səmimi olmaqla NiCe.aZ: bu Sayta gələndə hələ heç kəsi tanımırdın yəqin ki, sizə ilk kim həvəs verib? hebibi_P: heç kəs, sadəcə yenə təkrara yol verirəm, fidaskanın sayəsində təsadüfi gəlmişəm NiCe.aZ: aha, həyatda nə Sizə zövq verir? hebibi_P: Allahın bizə bəxş etdiyi təbiət və bütün gözəlliklər NiCe.aZ: həyatına zövq qatan və yaşamağın üçün Sizə daha çox dəstək verən kimsə olub (ailənizdən başqa)? hebibi_P: həyatıma zövq qatan biri yoxdur, əgər söhbət sevdiyim insandan gedirsə. O ki, qaldı dəstəyə, yenədə məni sevən qohumlar NiCe.aZ: Sizcə Saytda 2 istifadəçi eyni anda şəxsi ismarıcda dırsa, bu təsadüfdür ya? hebibi_P: bu sualı başa düşmədim Rüstəm… Əslində təsadüf 1-2 dəfə olur, bayaq dediyim kimi NiCe.aZ: ok, sevdiyin var (ama səmimi)? hebibi_P: yoxdur NiCe.aZ: bu günü yaşadığın üçün şükr etdiyini bilirəm. Bəs sabaha hansı ümidlərlə yaşıyırsız? hebibi_P: yeni ümidlər, arzular, xəyallar. Sabaha ümid yoxdur deyirlər ama mən inanmıram. İnsan hər gün ümidlə yaşamalıdır NiCe.aZ: niyə məhz NiCe.aZ? hebibi_P: doğma gəldi mənə NiCe.aZ: layihəm necə, xoşunuza gəldi? hebibi_P: bəli, bəyənirəm, super. Minnətdaram ki, məni dəvət etdiniz müsabiqənizə. NiCe.aZ: super gününüz olsun həmişə, bizdə minnətdarıq ki, suallarımızı cavablandırmağa vaxt ayırdız. Bəs suallarımdan hansısa xoşunuza gəldi? hebibi_P: bəli. “Hamı deyir mən safam, bəs yalançılar kimlərdi?â€, “Vicdan əzabı var Sizcə?†в€“ bu sualları bəyəndim NiCe.aZ: minnətdaram hər şeyə görə, cavablara görə də həmçinin təşəkkürümü bildirirəm. Mənə sualınız, yaxutda Sayt əhlinə bir sözünüz varsa buyurun. Allah Amanında hebibi_P: Məndə təşəkkür edirəm Sizə, minnətdaram. Allah razı olsun. Sizə sualım var, qoy başqa səfər qalsın. Sayt əhlinə, həmişə belə mehriban olaq, burda biz bir ailəyik. Hamıya uğurlar, Allah Sizləri saxlasın. Yeni layihələr ümidi ilə Allah amanında |