www.nice.az > Nice.aZ LiFe > SeVGi_MeLeYi - Tam Səmimi Olaq-da

SeVGi_MeLeYi - Tam Səmimi Olaq-da


18 mart 2011. Müəllif: GHoSTMaN
SeVGi_MeLeYi - Tam Səmimi Olaq-da

Tam Səmimi Olaq!...


NiCe.aZ: salam
SeVGi_MeLeYi: əleykümə Salam...

NiCe.aZ: necəsiz?
SeVGi_MeLeYi: əla, bəs Siz necəsiz?

NiCe.aZ: şükürlər olsun yaxşılıqdı
SeVGi_MeLeYi: həmişə yaxşı olasız

NiCe.aZ: buyurun özünüzü NiCe.aZ-lılara təqdim edin
SeVGi_MeLeYi: SeVGi_MeLeYi

NiCe.aZ: təşəkkür, bəs adınız?
SeVGi_MeLeYi: Mehriban

NiCe.aZ: Mehriban xanım, doğulduğunuz yer və tarix?
SeVGi_MeLeYi: 02.09.1989-cu il, Bakı

NiCe.aZ: maşallah, bəs adınızın mənasını necə, bilirsiz?
SeVGi_MeLeYi: məncə adımın mənasını hamı bilir

NiCe.aZ: necə olduki, bizim Sayta gəlmisiz?
SeVGi_MeLeYi: Bacım vasitəsilə, o da NiCe.aZ-dadı (Dogged)

NiCe.aZ: çox gözəl. Güman edirəm ki, peşman da deyilsiz...
SeVGi_MeLeYi: yooox peşman deyiləm, bura çox xoşuma gəlir

NiCe.aZ: minnətdaram, keçək suallarımıza?
SeVGi_MeLeYi: bəli keçək...

NiCe.aZ: hardasa işləyir, yaxutda oxuyursuz və hobbiniz mümkünsə?
SeVGi_MeLeYi: Bəli işləyirəm (İnstitutda komp. üzrə bir iş). Hobbimdə ki, mahnıya qulaq asmaqdır (romantika)

NiCe.aZ: utancaqsız?
SeVGi_MeLeYi: bəli, çooox

NiCe.aZ: Sayta gəldiyiniz tarix yadınızda qalıb?
SeVGi_MeLeYi: hə qalıb 2010-cu il iyul ayı idi ama günü yox

NiCe.aZ: ok, bəs ilk şərhiniz necə, yadınızda nə yazmısız və hansı Xəbərə?
SeVGi_MeLeYi: ilk şərhim vallah yadımda deyil dəqiq nə yazmışam

NiCe.aZ: eybi yox, hər bir saytda mərdimazar olur. Bəs burda eləsi varmı, getsə rahatlaşarsız?
SeVGi_MeLeYi: yooo yoxdu....

NiCe.aZ: kirli olan dünyada təmiz nədi?
SeVGi_MeLeYi: Təmiz ürək və saf sevgi

NiCe.aZ: ən böyük peşmançılığını çəkdiyiniz şey?
SeVGi_MeLeYi: oğlanların, xarici gözəlliyə baxmıram daxili gözəllik önəmlidi deyənlərinə heç vaxt inanmıram…..

NiCe.aZ: təsadüflərə inanırsız?
SeVGi_MeLeYi: inanıram, həmdə çooox

NiCe.aZ: bir günlük sehrli olsaz, nə edərsiz?
SeVGi_MeLeYi: heç düşünməmişəm

NiCe.aZ: gecə vaxtı göydə ki, ulduzların parıltısı daha gözəldir yoxsa payızdan sonar yaranan yarpaq töküntülərinin görüntüsü? Birini seçin!
SeVGi_MeLeYi: gecə vaxtı göydəki ulduzların parıltısı. Çoooxx Romantikdir

NiCe.aZ: təsəvvür elə yol ilə gedirsiz. Birdən biri çıxır, Sizə ilanı Aşk eləyir, qabağında diz çökür. İlk hərəkətiniz?
SeVGi_MeLeYi: tanımıramsa əvvəl onu tanımağa çalışaram

NiCe.aZ: kaşki, tanımasaydım dediyin biri olubmu?
SeVGi_MeLeYi: xeyr olmayıb

NiCe.aZ: yalanın ömrü neçə gün olur?
SeVGi_MeLeYi: deyilənə görə 40 gün. Məncə nə vaxtsa üzə çıxır 40 gün olmasa belə

NiCe.aZ: tək qalanda ən çox kim və ya nədən ötrü darıxırsız?
SeVGi_MeLeYi: tək qalanda darıxdırıcı anlar olur ama darıxdığım biri olmur

NiCe.aZ: vicdan əzabı var Sizcə?
SeVGi_MeLeYi: var ama çox insanlarda yoxdur bunu bilirəm

NiCe.aZ: hamı deyir mən safam bəs onda yalançılar kimlərdir?
SeVGi_MeLeYi: məncə mən safam deyənlər birinci növbədə özləri yalançıdırlar

NiCe.aZ: atlar öləndə itlərin niyə bayramı olurki?
SeVGi_MeLeYi: bilmirəm bu barədə

NiCe.aZ: bir insan olur, dünyalar qədər sevirsən. Evlənmək qərarını belə almısınız. Lakin pulu, evi, imkanı yoxdu. Nə edərsiz?
SeVGi_MeLeYi: Mənimçün sevgi önəmlidir. Bir atalar misalı var: Dünya malı dünyada qalar. Var dövlət pul, şan-şöhrət gəldi gedərdi.

NiCe.aZ: afərin xoşum gəldi bu cavabınızdan. Yaxşı gün ərzində ən çox nəyi düşünürsüz?
SeVGi_MeLeYi: çoxxx şeyi düşünürəm desəm vaxt olmaz

NiCe.aZ: "Özümü saytın ən ... useri hesab edirəm". Bu 3 nöqtənin yerinə hansı sözü qoyardız?
SeVGi_MeLeYi: qoy bunu məni tanıyanlar desin….

NiCe.aZ: Saytda kimin niki daha qəşəngdi?
SeVGi_MeLeYi: Dogged

NiCe.aZ: Sizcə gənclik nədir?
SeVGi_MeLeYi: gənclik azadlıqdır ama mən azad deyiləm

NiCe.aZ: metro Gəncliyi deyirəmeeeee
SeVGi_MeLeYi: eeeeee dəli recourse

NiCe.aZ: bu Sayta gələndə hələ heç kəsi tanımırdın yəqin ki, sizə ilk kim həvəs verib?
SeVGi_MeLeYi: DoggedGHoSTMaN

NiCe.aZ: aha, həyatda nə Sizə zövq verir?
SeVGi_MeLeYi: Həyatda qazandığım və əlim çatan hər şey mənə zövq verir

NiCe.aZ: həyatına zövq qatan və yaşamağın üçün Sizə daha çox dəstək verən kimsə olub (ailənizdən başqa)?
SeVGi_MeLeYi: ailəmdən başqa hələki heç kim

NiCe.aZ: Sizcə Saytda 2 istifadəçi eyni anda şəxsi ismarıcda dırsa, bu təsadüfdür ya?
SeVGi_MeLeYi: əgər tanışımdırsaaa, deyərəm danışırlar və soruşaram... Yox tanımıramsa, deyərəm təsadüfdü

NiCe.aZ: sevdiyin var (ama səmimi)?
SeVGi_MeLeYi: yoxdur

NiCe.aZ: niyə məhz NiCe.aZ?
SeVGi_MeLeYi: maraqlı olduğuna görə məhz NiCe.aZ

NiCe.aZ: maraqlı gününüz olsun, layihəm necə, xoşunuza gəldi?
SeVGi_MeLeYi: sizin bütün layihələriniz superdi

NiCe.aZ: təşəkkür edirəm, suallarımdan bəs hansısa xoşunuza gəldi?
SeVGi_MeLeYi: hamısı biri-birindən maraqlıdır

NiCe.aZ: minnətdaram, cavablara görə də təşəkkürümü bildirirəm. Mənə sualınız, yaxutda Sayt əhlinə bir sözünüz varsa buyurun. Allah Amanında
SeVGi_MeLeYi: Sizə və bütün NiCe.aZ -lılara təşəkkürümü bildirirəm.

ALLAH Amanında