www.nice.az > Nice.aZ LiFe > Nice.az'lıların məzəli əhvalatları

Nice.az'lıların məzəli əhvalatları


16 mart 2011. Müəllif: hebibi_p
Nice.az'lıların məzəli əhvalatları

Bir gün Xp ilə Miss_Kavkaz görüşür. XP: Harda işləyirsən ?
Miss_Kavkaz: Domino fabrikində işləyirəm... Mən dominolara nöqtə qoyuram.
XP: Bəs bu gün niyə işə getməmisən?
Miss_Kavkaz: Bu gün ağ qoşa buraxırlar



Bir çılpaq qadin taksiyə oturur. Taksi şoferi Nixato çılpaq qadına diqqətlə baxır.çılpaq qadın deyir: Niyə elə baxırsan? Çılpaq qadın görməmisən?
Nixato: Görmüşəm. Fikirləşirəm pulu hardan verəcəksən.


Nice.az'lıların məzəli əhvalatları


Bir gün Two_ral evə sərxoş halda gəlir. Hebibi_p qapını açanda üst-başının toz-torpaq olduğunu görüb deyinir. Utanmırsan, dost-tanışın yanında biyabır olduq.
Two_ral deyir: Sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Hebibi_p: Necə?
Two_raL:Çünki, sürünə - sürünə gəlmişəm!


Sev_gi Angel_ org dəniz kənarında gəzirlər.
Sev_gi: Buna bax ee, ölü quş.
Angel_ org göyə baxıb: Hanı?


Nice.az'lıların məzəli əhvalatları

Ghostmanın uzaq bir qohumu vəfat edir.Sparrow soruşur:
- Necə oldu?
- 30-cu mərtəbədən yıxıldı yazıq.
- Aaa, yazıq, necə faciəvi şəkildə ölüb.
- Yox e Sparrow, elə ölmədi. Elə yıxılacaqdı ki, meyvə satanın vitrininə düşüb ordan uçdu.
- Vay, vay. Onda lap pis yıxılıb da.
- Yox. Getdi düşdü qəssabın binasının başına oradan uçdu.
- Hə dama dəyib ölüb də kişi.
- Yox. sonra diyirlənib elektrik dirəyinə yapışdı.
- Tok vurub da yazıq kişini.
- Yox. Tellər kişini 200 metr yuxarı atdı.
- 200 metrdən yerə yıxıldı eləmi? Təəssüf...
- Yox elə də ölmədi.
- Eee, bəs necə öldü?
- Gördük ki, ölmür, özümüz vurduq.





Serena ilə Punesher oturublar soba başında və Punesher qadınların və kişilərin gündə neçə söz istifadə etməkləri barədə məqalə oxuyur.
Punesher: Siz qadınlar gündə kişilərdən iki dəfə çox söz istifadə edirsiniz.
Serena: Əlbəttə çünki siz kişilərə sözləri iki dəfə deməli oluruq.
Punesher: Nə?




M1rZ3 tum çırtlayır ,birdən bir tum dənəsi düşür yerə. Tuma deyir ki, "gəl bura görüm". Tum gəlmir. 2-ci dəfə deyir gəl bura. Görür ki, gəlmir. Bütün tumları tökür yerə ki, gedin onu tutun gətirin.


Məllim dərsdə soruşur:
Uşaqlar balıq niyə danışmaz?.
Bu sualı heç kim cavablaya bilmir.

Krik qalxır və deyir:
- Müəllim sizin başınızı suya salsam danışa bilərsiniz?




Məllim H5N1-ya möcüzə kəlməsin öyrətmək istəyir və sual soruşur.
- İnsan iyirminci mərtəbədən düşüb də ölməzsə buna nə deyərlər?

- Təsadüf -deyir H5N1
Məllim sualı yenə soruşur:
-Yaxşı, İnsan iyirminci mərtəbədən düşüb də yenə ölməzsə buna nə deyərlər?
- Bəxt.
- Yaxşı üçüncü dəfə olsa?
- Vərdiş.

Nice.az'lıların məzəli əhvalatları


Müəllimə Fidaskanı danlayır: Qulaq as mən sənə artıq neçənci dəfədi ki iki yazıram. Belə olmaz. Niyə oxumursan?! Oxumaqdan hələ heç kim ölməyib.
Fidaska: Bilirəm amma risk etmək istəmirəm.


Bir Gün Hitmanla İlə Fasqa Sohbət Edirlər
-Hitman: Sən nə vaxt 2-ni düzəldəcəksən ?sinifdə qalacaqsan yoxsa
-Fasqa: mən neyləyim, jurnal müəllimlər otağındadır.


Əziz nice.az userləri incidizssə bağışlayın,bu bir zarafatdır