www.nice.az > Nice.aZ LiFe > HiTMaN - Tam Səmimi Olaq-da

HiTMaN - Tam Səmimi Olaq-da


15 mart 2011. Müəllif: GHoSTMaN
HiTMaN - Tam Səmimi Olaq-da

Tam Səmimi Olaq!...


NiCe.aZ: salam
HiTMaN: əleykümə salam

NiCe.aZ: necəsiz?
HiTMaN: şükür Allaha yaxşıyam

NiCe.aZ: buyurun özünüzü NiCe.aZ-lılara təqdim edin
HiTMaN: HiTMaN

NiCe.aZ: çox gözəl, bəs adınız?
HiTMaN: Rüfət

NiCe.aZ: doğulduğunuz yer və tarix?
HiTMaN: 16.05.1992-ci il, Bakı

NiCe.aZ: adınızın mənasını bilirsiz?
HiTMaN: hə bilirəm, adımın mənası “Yüksək vəzifə” deməkdir

NiCe.aZ: çox gözəl, necə olub ki, bizim Sayta gəlmisiz?
HiTMaN: nə tez yadından çıxdı, sən təklif etmisən, mənimdə xoşum gəlib )))

NiCe.aZ: huş var məndəəə, yadımdan çıxmışdıdaaa
HiTMaN: sən məni həvəsə gətirdin ki, xəbər yerləşdirirsən falan. Məndə həvəsə düşüb gəldim və heçdə peşman olmadım. Ancaq bura məni çox dəyişdi

NiCe.aZ: keçək suallarımıza?
HiTMaN: keçək deyirsən keçəkdə ama az sual ver haaa yoxsa götürüb səni sinəyə işləyərəm

NiCe.aZ: elə bil səndən böyüyəm haaa 5 bayram
HiTMaN: oldaa böyük, elə mən böyükləri sinəyə qaldırıb endirməkdən zövq alıramdaa

NiCe.aZ: olsun, agentdə belə danışarsandaa, gəlim evə sənin məsələni çürüdüb kırloya işləyəcəm səni. Nə isə, hardasa işləyir, yaxutda oxuyursuz (guya mən bilmirəmdəə winked )? Bidə hobbiniz nədir?
HiTMaN: Ticarətlə məşqulam, orta məktəbi qurtarmışam, hobbim isə Trenajorla məşqul olmaq

NiCe.aZ: bəs Sizinçün çətin deyil ki, həm Ticarətlə həmdə ki, məşqə getmək.
HiTMaN: çətin olsada, insanda gərək istək olsun. İstək olsa, hər şeyi vaxtı-vaxtında çatdırmaq olur

NiCe.aZ: Saytda qeydiyyatdan keçdiyiniz tarix yadınızda qalıb?
HiTMaN: tam səmimi deyirəm yox yadımda deyil

NiCe.aZ: Bəs ilk şərhiniz necə, yadınızda nə yazmısız və hansı Xəbərə?
HiTMaN: aydaaaaa, oda yadımda deyil

NiCe.aZ: day nə yadındadı winked , bəs burda eləsi varmı, getsə rahatlaşarsız?
HiTMaN: kim məni rahatsız edə bilər ki, Saytda bu qədər qardaşlar olan yerdə friends

NiCe.aZ: kirli olan dünyada təmiz nədi?
HiTMaN: özümü nəzərədə tuturam, ürəyimin təmizliyi

NiCe.aZ: ən böyük peşmançılığını çəkdiyiniz şey?
HiTMaN: mən həyatda çox səhvlər etmişəm, hamısına görədə peşmanam recourse

NiCe.aZ: təsadüflərə inanırsız?
HiTMaN: həə mən təsadüflərə inanıram, mən şəxsən sınamışam

NiCe.aZ: bir günlük sehrli olsaz, nə edərsiz?
HiTMaN: dünyadakı bütün insanlara Müsəlman Dinini qəbul elətdirərdim

NiCe.aZ: gecə vaxtı göydəki ulduzların parıltısı daha gözəldir yoxsa payızdan sonra yaranan yarpaq töküntülərinin görüntüsü? Birini seçin!
HiTMaN: payızdan sonra yaranan yarpaq töküntülərinin görüntüsü

NiCe.aZ: təsəvvür elə yol ilə gedirsiz. Birdən biri çıxır, Sizə ilanı Aşk eləyir, qabağında diz çökür. İlk hərəkətiniz?
HiTMaN: hə deyərdim fikirləşmədən )))

NiCe.aZ: kaş ki, tanımasaydım dediyin biri olubmu?
HiTMaN: həə olub

NiCe.aZ: yalanın ömrü neçə gün olur?
HiTMaN: 40 gündür deyilənə görə, yəqinki elə də olar

NiCe.aZ: tək qalanda ən çox kim və ya nədən ötrü darıxırsız?
HiTMaN: bir nəfərdən ötrü darıxıram, ancaq onu xəyal edib xəyallar qururam

NiCe.aZ: vicdan əzabı var Sizcə?
HiTMaN: var, bunu özümdə görmüşəm

NiCe.aZ: hamı deyir mən safam bəs onda yalançılar kimlərdir?
HiTMaN: bu suala cavab verə bilməyəcəm

NiCe.aZ: atlar öləndə itlərin niyə bayramı olurki?
HiTMaN: bunu birici dəfədi eşidirəm, bilmirəm )))

NiCe.aZ: gün ərzində ən çox nəyi düşünürsüz?
HiTMaN: gələcək planlarımı

NiCe.aZ: "Özümü saytın ən ... useri hesab edirəm". Bu 3 nöqtənin yerinə hansı sözü qoyardız?
HiTMaN: sadəcə elə HiTMaN, yəni heçnə gərək deyil 3 nöqtənin yerinə

NiCe.aZ: Saytda kimin niki daha qəşəngdi?
HiTMaN: SEV_GI )))

NiCe.aZ: gəncsiz, Sizcə gənclik nədir?
HiTMaN: metro Gəncliyi çıxmaq şərti ilə, gənclik deyəndə, mən ora gəzmək, bura gəzmək, gənclik eləməkdəəə yəni, loru dilnən desək kef eləməyi nəzərdə tuturam. Təbii ki, cızından qırağa çıxmamaq şərti ilə

NiCe.aZ: bu Sayta gələndə hələ heç kəsi tanımırdın yəqinki, sizə ilk kim həvəs verib?
HiTMaN: ilk həvəs verəndə deyəndəki, sevgidolukalbim nikini tanımışam

NiCe.aZ: həyatda nə Sizə zövq verir?
HiTMaN: heçnə zövq vermir, həyat çox yorucudur no

NiCe.aZ: həyatına zövq qatan və yaşamağın üçün Sizə daha çox dəstək verən kimsə olub (ailənizdən başqa)?
HiTMaN: həə olub, davamda edir, dostum dediyim SEV_GI )))

NiCe.aZ: Sizcə Saytda 2 istifadəçi eyni anda şəxsi ismarıcdadırsa, bu təsadüfdür ya?
HiTMaN: həə məncə təsadüfdür

NiCe.aZ: sevdiyin var (ama səmimi)?
HiTMaN: yox, həqiqətən tam səmimi deyirəm yoxdu

NiCe.aZ: niyə məhz NiCe.aZ?
HiTMaN: bura mənə əziz gəlir ona görə, sanki bir ailəyik

NiCe.aZ: layihəm necə, xoşunuza gəldi?
HiTMaN: əlbətdə good çox qəşəng ideyadır

NiCe.aZ: qəşəng gününüz olsun həmişə, suallarımdan bəs hansısa xoşunuza gəldi?
HiTMaN: hamısı xoşuma gəldi, Supeeeer good

NiCe.aZ: əla, cavablara görə təşəkkürümü bildirirəm. Mənə sualınız, yaxutda Sayt əhlinə bir sözünüz varsa buyurun
HiTMaN:sizə sualım yoxdur, təşəkkür edirəm bütün suallara və ideyaya görə, sayt əhlinə isə mehriban olun deyirəm, HƏLƏLİK uşaqlar hmm


ALLAH Amanında