
Təyinat Nöqtəsi 2 / Пункт назначениÑ 2 / Final Destination 2

Kimberli Kohen dostları Şaina, Dano və Frenki ilə Deytonaya gedir. Kimberli avtomobil sürərkən onlarla insanın öləcəyi bir qəzanın olduğunu xəyali olaraq görür. Onun qəzanın olacağını gördüyü yerdə həqiqətən də dəhşətli qəza baş verir. Sağ qalanlar da əslində o qəzada ölməli idilər. Və əlbəttə, bu ölümlər sıra ilə gerçəkləşəcək.





Təyinat Nöqtəsi / Пункт назначениÑ / Final Destination

Bir qrup Yeni il gəzintisi üçün təyyarəylə Parisə gedir. O vaxt tələbələrdən biri Aleks Brouninq təyyarənin partlayacağl haqqında gerçək və xəyal arasında bir yuxu görür. Bu yuxudan çox təsirlənən Aleks təyyarədən enmək istəyir. Ona inanan və ya sırf mübahisə məqsədiylə yaxınlaşan 7 nəfər də təyyarədən çıxarılır. Hava limanında gözləyərkən təyyarədə bir partlama baş verir və 7 nəfər istisna olmaqla, 287 sərnişin həyatını itirir. Sağ qalanlar idə əslində o qəzada ölməli olduqlarını başa düşürlər. Buna görə də sıra ilə onlar da ölməyə başlayacaq.





Mişar 7

Öncəki sınaqlarda sağ qala bilmiş Mişarın qurbanları psixoloji dəstək üçün həmdərdləri olan Bobbi Daqenə müraciət edirlər. Onun qorxunc sirləri üzə çıxandan sonra terrorun yeni dalğası başlayır...





Mişar 6

Xüsusi agent Stram ölüb və heç bir şübhə yoxdur ki, detektiv Hoffman Konstruktorun işinin davamçısıdır.Ancaq FBR onun izinə düşəndə o Konstruktorun böyük planında bütün şübhələrə nöqtə qoymaq üçün Oyunu yenidən başlamağa məcbur olur.





Mişar 5

Manyak-qatil Mişarın davamçılarından biri Mark Hoffman öz qəddar sələfinin vəsiyyətini yerinə yetirərək növbəti ölümcül tapmacanı hazırlayır.Elə bu vaxt da agent Stram, Hoffmanın Mişar ilə əlaqəsi olduğundan şübhələnir.Sirrin açılmasında ehtiyat edən Hofman, dəlilləri ortadan qaldırmaq üçün yenidən ova çıxmaq məvburiyyətindən qalır.Bir-birini tanımayan beş nəfəri yaşamaq uğrunda dəhşətli oyun gözləyir-daha da çox qan, daha da təkmilləşdirilmiş tələlər..Stram Hoffmanı addımbaaddım izləyərək onu Mişarla birləşməyə vadar edən səbəbləri araşdırmağa çalışır.Onların labüd və gözlənilməz finalda üzbəüz görüş gözləyir.





Mişar 4

Detektiv Kerrinin qətlindən sonra FBR əməkdaşları agent Strem və agent Peres hadisə yerinə gələrək təcrübəli detektiv Hoffmana Ciqsounun özündən sonra qoyduğu tələləri araşdırmağa kömək edirlər.Ancaq kapitan Riqq manyakın ölümcül oyununa daxil edildikdə, Ciqsounun qurbanı olmayan yeganə polis əməkdaşının, qorxunc tələləri keçməyə və öz dostunu xilas etməyə cəmi 90 dəqiqəsi qalır.Əks halda onların ikisini də dəhşətli ölüm gözləyir.





Mişar 3

Qəddar oyunların qurucusu cəzasız qalır və nəticədə köməkçisi Amanda ilə birlikdə yoxa çıxır.Detektivlər onun izini tapmağa çalışdıqları bir vaxtda həkim Linn Denlon manyakın növbəti qurbanına çevrilir.
Bir dəfə gecə Linni qaçıraraq atılmış bir anbara gətirirlər.Orada o, ölüm ayağında olan həmin qəddarla rastlaşır.Linnə əmr edirlər ki, növbəti qurban Ceff “oyunu†bitirənə qədər o, manyakı həyatda saxlasın...
Bir dəfə gecə Linni qaçıraraq atılmış bir anbara gətirirlər.Orada o, ölüm ayağında olan həmin qəddarla rastlaşır.Linnə əmr edirlər ki, növbəti qurban Ceff “oyunu†bitirənə qədər o, manyakı həyatda saxlasın...





Mişar 2

Psixi xəstə Mişar yeni oyun fikirləşib.Bu dəfə o detektiv Erik Metyusun bir vaxtlar adil olmayan yollarla həbsxanaya saldığı 8 nəfər keçmiş canini otaqda kilidləyir.Amma oyun maraqlı olsun deyə o detektivin yeganə oğlunu da onların arasına qatır.İndi onlar cəmi bir neçə saat ərzində nəfəs aldıqları zəhərli qazı dayandırmaq üçün vasitəni tapmalıdırlar.Vaxt o qədər də çox deyil...





Mişar

Bir-birini tanımayan 2 şəxs zirzəmidə ayılırlar.Onlar ayaqlarından divara zəncirləniblər.Hər ikisi də ora necə düşdüklərindən xəbərsizdilər.Tapılmış lentdəki sakit səs deyir: “Əgər öz arvadını və uşaqlarını xilas etmək istəyirsənsə, digərini öldür.†Öldürmək üçün silahı əldə etmək lazımdı.Silahı əldə etmək üçün zəncirdən qurtulmaq lazımdır.Zəncirdən qurtulmaq üçün isə ayağı mişarlamaq lazımdır.Vaxt azdır.Yalnız bir nəfər sağ qala bilər...





Doğulmamış

Keysi Bell anası onu atdığı üçün ona nifrət edir.Amma izaholunmaz hadisələr baş verməyə başladıqda, Keysi başa düşür ki anası niyə gedib.Dəhşətlərlə rastlaşan və qəddar ruh tərəfindən təqib olunan qız ona kömək edə biləcək yeganə insana-Sendak adlı məşhur eksorsistə müraciət edir.




