www.nice.az > Dəb > Yaz-yay kolleksiyası

Yaz-yay kolleksiyası


24 may 2010. Müəllif: Ancelas
Yaz-yay kolleksiyası



Dizaynerlər qarşıdan gələn yaz-yay kolleksiyasının əsas rənglərini müəyyənləşdiriblər...


Boz və qara rənglər arxada qalıb. Nəhayət ki, açıq və parlaq rənglər yenidən dəbə minib.


Yaz-yay kolleksiyası



Donlar, yubkalar, köynəklər, şalvar və top-maykalar mütləq sarı, qırmızı, firuzəyi, çəhrayı və gümüşü rəngdə olmalıdır.

Sarı rəng.
Sarı rəngi elə seçmək lazımdır ki, surətinizi önə çıxartsın, qabartsın. Sarı rəngli don gecə ziyafətləri üçün əla bir seçimdir, amma işə geyinməyə o qədər də məsləhət görülmür. Sarı donlar qarayanız xanımlara daha çox yaraşır.


Yaz-yay kolleksiyası



Qırmızı rəng.
Qırmızı rəng avantürist xarakterli xanımların sevimli rəngidir. Gündüzlər klassik al geyimli donları geyinmək məsləhətdir. Gecə ziyafətlərinə isə müxtəlif kəsikli, tək çiyinli mini açıq al donları geyinmək olar.



Yaz-yay kolleksiyası



Çəhrayı rəng.
Çəhrayı donlar gündüzlər incə, zərif və romantik, axşamlar isə müxtəlif aksesuarlarla daha cazibəli görünür.



Yaz-yay kolleksiyası



Gümüşü rəng.
Gümüşü rəngli qısa don iri dabanlı ayaqqabı ilə daha gözəl görünür.
Gümüşü rəngli donları geyinərkən bər-bəzəkdən çəkinməyə çalışın, çunki gümüşü rəngin özü -- bir bəzəkdir.



Yaz-yay kolleksiyası


Yaz-yay kolleksiyası



Firuzəyi rəng.
Günəş altında qaralmış xanımlara firuzəyi rəngli don sərinlik gətirir. Gecə geyimlərinə canlılıq gətirmək üçün müxtəlif aksesurlardan istifadə edin.


Yaz-yay kolleksiyası