www.nice.az > Dəb > Üz maskaları

Üz maskaları


22 iyun 2011. Müəllif: persiangirl
Üz maskaları


Bugünkü məqaləmizi xanımlarımıza həsr edirik və bir çox qadınları bezdirən üzdəki qara nöqtələrin əlacını sizlərə başa salmağa çalışacağıq. Bunun üçün efir yağları məsləhətlidir və qara nöqtə problemini həmin an aradan qaldırır. Məqaləmizdə sizlərin dərisinə uyğun maskalar da verməyə çalışacağıq. Lakin unutmaq lazım deyil ki, siz bu qara nöqtələrdən xilas olmaq istəyirsinizsə bu maskaları bir həftə müddətində gündə ən azı 1 dəfə üzünüzə çəkməlisiniz.

Ot maskası

2 xörək qaşığı ramaşka
1 çay qaşığı limon suyu
1 çay qaşığı çovdar unu

Ramaşkanı qaynar suda tam qaynatdıqdan sonra onun içərisinə çovdar unu və limon suyunu tökürsünüz, yavaşca qarışdırıb, isti formada üzünüzə çəkirsiniz və 20 dəq saxlamağınız məsləhətdir. Sonra sərin su ilə üzünüzü yuyub, krem çəkməyiniz məsləhət görülür.


Pomidor maskası

1 ədəd qırmızı pomidor
1 xörək qaşığı yulaf unu
1 yumurta sarısı

Pomidorun suyunu çıxardın, sonra onun üzərinə yulaf ununu əlavə edin, həmçinin yumurta sarısını da üzərinə tökün. Bütün hamısını məhlul halına gələnədək qarışdırın, üzünüzə çəkin. Maskanı 20 ∓ 30 dəqiqə saxladıqdan sonra isti su ilə üzünüzü yuyun və krem çəkməyi unutmayın.


Südlü maska

50 milli litr qaynamış süd
1 xörək qaşığı yulaf unu
2 çay qaşığı qaynadılmış ramaşka

Qaynadılmış südün içərisinə yulaf unu tökülür, odda qarışdırılır, sonra üzərinə romaşka da əlavə edilir. İsti formada çəkməyiniz məsləhət görülür, lakin biz demirik, qaynar çəkib dərinizi yandırın. 20 ∓ 25 dəqiqə üzdə saxladıqdan sonra isti su ilə üzünüzü təmizləyin və sərin su ilə yıxalayın. Qidalandırıcı kreminizi çəkməyi unutmayın.

Südlü maska 2

1 xörək qaşığı yulaf unu
50 milli litr isti süd
1 çay qaşığı içməli soda

Sodanı isti süddə əzin və üzərinə yulaf ununu əlavə edin. İsti məhlulu 25 ∓ 30 üzünüzə çəkib, saxlayın. Üzünüzü kosmetik kağız yaxud tənziflə sildikdən sonra isti su ilə yumağı məsləhət görürük. Maskadan sonra kremizini çəkməyi unutmayın.


Fikirləriniz...